Əsas Səhifə > Ölkə > MTN-DƏ KOLLEGİYA İCLASI

MTN-DƏ KOLLEGİYA İCLASI


27-09-2011, 15:58
MTN-DƏ KOLLEGİYA İCLASI

İKİ İSTİRAHƏT MƏRKƏZİNƏ QADAĞA

Bu gün Ümumdünya Turizm Günü münasibətlə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib.

“APA-ECONOMICS”in məlumatına görə, yay mövsümün yekunlarının müzakirə olunduğu iclasda qərara alınıb ki, Qəbələ və Lənkəran rayonlarının hər birində bir istirahət mərkəzinin fəaliyyəti dayandırılsın.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, fəaliyyəti dayandırılan Lənkəranın “Xəzər RVR” və Qəbələnin “Sahil” istirahət mərkəzlərinin lisenziyaları 5 gün müddətində ləğv ediləcək. Nazir bunun səbəbinin həmin istirahət mərkəzlərinin çox aşağı səviyyəli xidmət göstərməsi ilə əlaqədar olduğunu bildirib.

Geri qayıt