Əsas Səhifə > Cəmiyyət, Manşet > DEPUTATIMIZIN PULUNU RUSLAR MÜSADİRƏ ETDİ

DEPUTATIMIZIN PULUNU RUSLAR MÜSADİRƏ ETDİ


6-09-2013, 13:14
DEPUTATIMIZIN PULUNU RUSLAR MÜSADİRƏ ETDİ
PUL MƏHBUSA ÇATMALI İMİŞ

DİA.AZ: - Sentyabrın 3-də Domodedovo gömrüyünün əməkdaşları Bakı-Moskva sərnişin reysinin yoxlanması zamanı Azərbaycan vətəndaşından 92 435 avro aşkar ediblər. Vəsait bəyannamədə göstərilməyib. Sərnişin “yaşıl” dəhliz ilə gedib və buna görə də bildirib ki, onun üzərində bəyannaməyə təqdim ediləcək mal yoxdur. Bu barədə Rusiya KİV-i məlumat yayıb. Lakin vətəndaşın adı açıqlanmayıb.

Fakt üzrə RF CM-in 200-cü maddəsi (nağd pul qaçaqmalçılığı) ilə cinayət işi qaldırılıb. Maddə iri məbləğdə nağd pul vəsaitlərinin sərhəddən qanunsuz keçirilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur.

RF qanunvericiliyinə görə, yazılı şəkildə bəyan edilmədən ümumi məbləği 10 min dollar ekvivalentində nağd pul vəsaiti aparmaq və ya gətirmək olar.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, üzərində 100 min manat çıxan şəxs azərbaycanlı millət vəkillərindən birinin yaxın qohumudur. Mənbəmiz həmin pulla bağlı ilginc faktları da açıqladı:

“Bu vəsait hazırda həbsdə saxlanılan və “qarpız kralı” kimi tanınan İlya (İlham) Əliyevə çatmalı imiş. Maraqlıdır ki, bu pulu ona Bakıdan göndərənlər hansısa borcu ödəyirmişlər”.

Mövzuya qayıdacağıq...

Geri qayıt