Əsas Səhifə > Ölkə, Manşet > MEYXANA USTASI GÜLLƏKEÇİRMƏZ MAŞIN ALIR

MEYXANA USTASI GÜLLƏKEÇİRMƏZ MAŞIN ALIR


6-09-2013, 12:17
MEYXANA USTASI GÜLLƏKEÇİRMƏZ MAŞIN ALIR
NAMİQ QARAÇUXURLU 440 MİN PUL SAYIB

DİA.AZ: - Azərbaycanda şou-biznes nümayəndələrinin bir-birilərinin acığına konsert təşkil etdiklərini çox eşitmişik. Hətta həmkarlarına acıq getsin deyənə, borca girib, bahalı geyimlər, bahalı evlər, maşınlar alanlar da var. Elə DİA.AZ-a daxil olan bu məlumat da eyni rəqabətdən doğan bir bahalı alış-verişdən gedir.

Redaksiyamıza daxil olan informasiyalardan aydın olur ki, tanınmış meyxanaçı Namiq Qaraçuxurlu qiyməti təxminən 440 min avroya olan bahalı avtomobil sifariş edib. Mənbə iddia edir ki, «Leksus» markalı yeni maşının əsas xüsusiyyəti, onun gülləkeçirməz olması ilə bağlıdır.

Hər halda, Namiq Qaraçuxurlunun belə bir ehtiyat tədbirə əl atmasının səbəbi anlaşılan olmasa da, mənbə iddia edir ki, yaxın günlərdə həmin maşın Azərbaycana gətiriləcək.

Geri qayıt