Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİKAYIL CABBAROVUN ADINA PUL YIĞIRLAR

MİKAYIL CABBAROVUN ADINA PUL YIĞIRLAR


6-09-2013, 12:07
MİKAYIL CABBAROVUN ADINA PUL YIĞIRLAR
Bərdə Dövlət İdarəetmə Kollecində biabırçı vəziyyət yaşanıb. Redaksiyamıza verilən məlumata görə, kollecin direktoru Xaləddin Ələkbərov ötən il kolleci bitirmiş tələbələrə diplomlarını rəsmən satıb.

Belə ki, o, diplomunu almaq üçün kollecə üz tutan tələbələrin hər birindən 300 manat tələb edib. Sonradan qarşı tərəflərlə danışıqlar apararaq, qiyməti 250 manata qədər endirib. Bir sözlə, keçmiş tələbələr diplomlarını 250 manata almalı olublar. Amma işin qəribə tərəfi odur ki, Xaləddin Ələkbərov bu pulu özünə almadığını deyib. O bildirib ki, yeni təhsil naziri Mikayıl Cabbarov Təhsil Naziri təyin olunandan sonra qiymətləri qaldırıb. Və ona görə də, məcburiyyətdən pul yığaraq, ona çatdırmalıdırlar.

Qeyd edək ki, bu deyilənlərin həqiqət olub olmadığını deməkdə çətinlik çəkirik. Hər şeyin mümkün ola biləcəyi düşüncəsindəyik. Görünür, Bərdə Dövlət İdarəetmə Kollecinin direktorunun əlində hansısa əsas var ki, bu cür iddia ilə çıxış edir.

Geri qayıt