Əsas Səhifə > Ölkə, Manşet > MƏMURLARA NAMAZ QADAĞAN EDİLDİ
MƏMURLARA NAMAZ QADAĞAN EDİLDİ13-01-2012, 15:27 |
MERİYADAN BAŞLAYAN «İSLAHATLARIN» MİQYASI GENİŞLƏNİR DİA.AZ: - Bu günlərdə məlumat yayıldı ki, Bakı meriyasında işçilərin namaz qılmasına qadağa qoyulub. Qeyd edək ki, xəbərin üstündən kifayət qədər vaxtın keçməsinə baxmayaraq, hələ də nə BŞİH-dən, nə də hansısa dövlət qurumundan bu qadağa ilə bağlı heç bir izahat verilməyib. «Dünya» İnformasiya Agentliyinə daxil olan məlumatlardan isə bəlli olur ki, sən demə, namaz qadağası tək BŞİH daxilində cərəyan etmir və bu addım total xarakter daşımağa başlayıb. Bu barədə redaksiyamızı bilgiləndirən Prezident Administrasiyasındakı qaynaq idda edir ki, PA-da, Nazirlər Kabinetində və daha bir neçə dövlət qurumunda da eyni şəkildə namazın qılınmasına qadağalar qoyulub. Mənbəmiz bildirir ki, nazirliklərin və icra strukturlarının da bu qadağaya qoşulması gözlənilir: «Hakimiyyətin məxfi qərarıdır. Amma nədən belə addım atılır, səbəbi məlum deyil. Hər halda, insanların inancı ilə oynamaq olmaz. Xüsusən də müsəlman ölkəsi Azərbaycanda namaz qılan məmurlara qadağa qoyulması artıq ciddi bir prosesin başlanğıcı hesab olunmalıır». Məlumatlarda o da qeyd olunur ki, hakimiyyətin «namaz islahatı»na tabe olmayan məmurlar sərt şəkildə cəzalandırılacaqları ilə hədələniblər. Hətta onların vəzifələrini itirmələri də mümkündür: «Yəni ya inanclarını seçməlidirlər, ya da vəzifələrini. Əsl sınaq qarşısında qalıblar». Bildirək ki, bu xəbərlə bağlı bir neçə dövlət orqanından münasibət öyrənməyə çalışsaq da, kimsə mövzumuzla əlaqədar danışmaq istəmədi. Xatlırladaq ki, bir neçə gün əvvəl mer H. Abutalıbov işçilərin bəzilərinin iş yerində namaz qıldığını görüb və bundan ciddi şəkildə əsəbiləşib. İbadət edən şəxsləri yanına çağıraraq, iş vaxtı namaz qılmamaqla bağlı xəbərdarlıq edib. Bakı meri bunu işdə nizam-intizamın pozulması kimi qiymətləndirib. H. Abutalıbov meriyadaxili qərarına etiraz edə biləcək istənilən şəxsi işdən çıxaracağını açıqlayıb. Qeyd edək ki., “Dini etiqad və vicdan azdlığı” haqqında qanuna əsasən Azərbaycanda hər kəsin öz etiqadını sərbəst şəkildə yerinə yetirmək hüquq tanınır. Geri qayıt |