Əsas Səhifə > Gündəm, Manşet > İSMƏT ABBASOVDAN HESABI SORULACAQ BÜDCƏ PULLARI

İSMƏT ABBASOVDAN HESABI SORULACAQ BÜDCƏ PULLARI


6-09-2013, 11:15
İSMƏT ABBASOVDAN HESABI SORULACAQ BÜDCƏ PULLARI
KTN ŞEFİNİN “AQROLİZİNQ” RƏHBƏRİ İLƏ BİRGƏ 80 MİLYONLUQ MAXİNASİYASI

DİA.AZ: - "2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı"nın 4-cü ilinin yekunlarına dair müşavirədə prezident İlham Əliyev xaricdən Azərbaycana gətirilən texnikaların yüksək qiymətə alındığını, bu sahədə şəffaflığa nail olunmadığını söyləmişdi.

"Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Bu sahədə biz tam şəffaflığı təmin etməliyik", -deyən ölkə rəhbəri bu nöqsanların tezliklə aradan qaldırılması barədə aidiyyəti qurumlara tapşırıq vermişdi. Lakin dövlət başçısının bu dediklərinə əhəmiyyət verməyib özləri üçün sərvət toplayan məmurlar Azərbaycanda kifayyət qədərdir. Belə məmurlardan biri kənd təsərrüfatı naziri İsmət Abbasovun "sağ" əli kimi tanınan, "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədr müavini Elçin Mirzəyevlə bağlı ilginc məlumatlar daxil olub. DİA.AZ bildirir ki, bu barədə 30gun.az xəbər yayıb.

Məlumatlarda bildirilir ki, son illər ərzində "Aqrolizinq" ASC-də Elçin Mirzəyev misli-bərabəri olmayan korrupsiya əməliyyatlarına imza atıb. Bu barədə mənbənin redaksiyamıza dediklərindən belə aydın olur ki, Elçin Mirzəyev tək kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və mator yağlarından il ərzində dövlətin bu sahəyə ayırdığı milyonlarla vəsaitləri mənimsəyir.

Yada salaq ki, kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizi dövlət tərəfindən ödənilirməsinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş vəsait hesabına istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə (istehsal etdiyi məhsulun növündən asılı olmayaraq) 40 manat məbləğində yardım verilməsi müəyyən edilir. Lakin Elçin Mirzəyevin həmin yardımları su içmək kimi mənimsəyir. Şişirdilmiş rəqəmlər hesabına aparılan hesabatlarda "Aqrolizinq" ASC-nin sədr müavini vəsaitin verilməsi qaydaları və şətlərinə əl gəzdirir. Proses təxminən belə baş verir. İstehsalçıların siyahısını tərtibi zamanı analoqu olmayan rəqəmlər göstərilir. Bundan sonra istehsalçıların becərdikləri hər hektar əkin sahəsinə və çoxillik əkmələrə görə dövlət büdcəsindən ayrılan pullar mənimsənilir. Ümumiyyətlə isə dövlət büdcəsindən hər il kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının ödənilməsinin təmin edilməsi üçün 80 milyon manat pul ayrılır. Amma həmin milyonlar təyinatı üzrə xərclənmir.


Geri qayıt