Əsas Səhifə > Şou-biznes > XANIM MÜĞƏNNİMİZƏ ETİMAD GÖSTƏRİLDİ

XANIM MÜĞƏNNİMİZƏ ETİMAD GÖSTƏRİLDİ


6-09-2013, 10:47
XANIM MÜĞƏNNİMİZƏ ETİMAD GÖSTƏRİLDİ
Populyar azərbaycanlı müğənni Roza Zərgərli beynəlxalq festivalın münsiflər heyəti sırasındadır. ANS PRESS-in məlumatına görə, söhbət etnik, folklor vokal sənəti festivalı olan “Vostocnıy Bazar"dan gedir.

Festivalın açılışı bu gün Krımda, Qara dənizin cənub sahillərində baş tutacaq. Azərbaycanımızı festivalda gənc vokalçı Aqşin Abdullayev təmsil edəcək.

Qeyd edək ki, Roza Zərgərlinin artıq bir münsif təcrübəsi var. O, bu il Türkiyədə TÜRKSOY-un təşkilatcılığı ilə baş tutan "Silifke Musiqi Haftası” beynəlxalq festivalında münsif qismində çıxış edib.

Geri qayıt