Əsas Səhifə > Ölkə > NAXÇIVANDA İRAN-AZƏRBAYCAN DANIŞIQLARI

NAXÇIVANDA İRAN-AZƏRBAYCAN DANIŞIQLARI


13-01-2012, 14:11
NAXÇIVANDA İRAN-AZƏRBAYCAN DANIŞIQLARI

GÖRÜŞDƏ TÜRKİYƏ XİN BAŞÇISI DA İŞTİRAK EDƏCƏK

Yanvarın 17-də Naxçıvanda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək. Türkiyə XİN rəhbərinin mətbuat katibinin məlumatına görə, görüşdə üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Bununla bağlı Azərbyacan XİN-dən məlumat almaq mümkün olmayıb. Qeyd edək ki, Azərbaycan, Türkiyə və İran XİN-ləri arasında üçərəfli formatda məsləhətləşmələr 2011-ci ilin aprelindən həyata keçirilir. O zaman diplomatik qurumların rəhbərləri Urmiyədə görüşmüşdülər.


Geri qayıt