Əsas Səhifə > Partiya > QUBAD İBADOĞLU TƏLƏSMİR

QUBAD İBADOĞLU TƏLƏSMİR


13-01-2012, 13:49
QUBAD İBADOĞLU TƏLƏSMİR

"MÜSAVAT BAŞQANLIĞINA İDDİAM ÜÇÜN ZAMANIMI GÖZLƏYİRƏM"

Müsavat Partiyasının Divan və Məclis üzvü, tanınmış iqtisadçı Qubad İbadoğlu başqanlığa namizədliyini irəli sürməyə tələsmədiyini bildirib. O, Modern.az saytına deyib ki, bunun üçün müəyyən zamana ehtiyacı var: “Başqanlığa namizədlərin irəli sürülməsi prosesi hələ başlamayıb. Ona görə düşünməyə vaxtım var. Zamana uyğun olaraq qərarımı qəbul edəcəyəm”.

Qubad İbadoğlu başqanlığa başqa kimlərin namizədliyini irəli sürəcəyinin onun üçün əsas meyar olmadığını da vurğulayıb: “Prosesin başlamasını gözləyirəm. Yəqin ki, yaxın zamanda qərarımı qəti açıqlayacağam”.

Müsavat Partiyasının növbəti qurultayının martın 3-4-də keçirilməsi nəzərdə tutulur. İsa Qəmbər nizamnaməyə uyğun olaraq namizədliyini yenidən irəli sürməyəcəyindən, onun yerinə bir neçə nəfər iddialıdır. Onların arasında Qubad İbadoğlu ilə yanaşı, Müsavatın Mərkəzi İcra Aparatının həbsdə olan rəhbəri Arif Hacılı və Məclis üzvü Nüşabə Sadıxlı da var.


Geri qayıt