Əsas Səhifə > Dünya > MÜSƏLMANLAR YARIŞMAYA ETİRAZ EDİRLƏR

MÜSƏLMANLAR YARIŞMAYA ETİRAZ EDİRLƏR


5-09-2013, 12:29
MÜSƏLMANLAR YARIŞMAYA ETİRAZ EDİRLƏR
240 milyon əhalisi ilə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyada "Dünya Gözəli" müsabiqəsinin keçirilməsinə etirazlar davam edir. Ötən gün paytaxt Cakartada aksiya keçirən 200-dən çox mühafizəkar müsəlman bu il bu müsabiqənin İndoneziyanın Bali adasında keçirilməsinə qarşı şüarlar səsləndiriblər. Etirazçılar müsabiqənin İndoneziya üzrə təşkilatçısının ofisi yaxınlığına toplaşaraq, etiraz şüarları səsləndirməyə başlayıblar. Binanın mühafizəsi üçün 300 polis cəlb edilib. Aksiya "İslam Cəmiyyəti Forumu" adlanan təşkilat tərəfindən təşkil edilib.

"Dünya Gözəli müsabiqəsi mənəviyyatdan uzaq olan, qadın bədəni hesabına gəlir əldə edən bir biznesdir, o, əvvəlcə Böyük Britaniyada sadəcə bikini müsabiqəsi olub. Bu, İndoneziya mədəniyyəti və mənəviyyatına uyğun gəlmir" - İslam cəmiyyətinin lideri Məhəmməd əl-Xəttat belə deyir.

Aksiya fəalları İndoneziya hökumətini bu müsabiqənin ölkədə keçirilməsinə qadağa qoymağa çağırıblar. Bir neçə gün əvvəl də İndoneziya Ruhanilər Şurası hökuməti «Dünya Gözəli» müsabiqəsinin keçirilməsini ləğv etməyə çağırmışdı. Buna baxmayaraq, müsabiqə iştirakçıları artıq Bali adasına gəlməyə başlayıb. Müsabiqə sentyabrın 8-dən 28-dək davam edəcək.

Geri qayıt