Əsas Səhifə > Gündəm, Manşet > ARZU RƏHİMOVUN DAHA BİR İŞÇİSİ İTTİHAM OLUNUR

ARZU RƏHİMOVUN DAHA BİR İŞÇİSİ İTTİHAM OLUNUR


5-09-2013, 12:12
ARZU RƏHİMOVUN DAHA BİR İŞÇİSİ İTTİHAM OLUNUR
SABİRABAD RAYONUNUN HƏRBİ KOMİSSARI SAXTA HƏRBİ BİLET ALVERİNDƏ

DİA.AZ: - Azərabaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Arzu Rəhimovun təyinatı bu sahədə yaranmış ağır vəziyyətin düzəlməsiənə ümid yaradırdı. Bir çoxları hesab edirdi ki, yeni yaranmış qurumda korrupsiya və rüşvətxorluğa son qoyulacaq. Ancaq bu arzu və istək elə kağız üzərində də qaldı. DİA.AZ bildirir ki, bu barədə bolgexeber.com məlumat yayıb.

Redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayonu üzrə bölməsinə yenicə təyin olunmuş Rəsul Babayevlə bağlı ilginc faktlar daxil olmuşdur. Qeyd edək ki, Rəsul Babayev bu təyinatdan əvvəl sözügedən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş bölməsinə rəhbərlik etmişdir.

Mənbənin sözlərinə görə Rəsul Babayevin adı saxta hərbi biletlərin verilməsində hallanır. Belə kli, məlumata görə çağırışçılardan külli miqdarda pul almaqla saxta biletin təşkili və hər il xidmətdən yayınanların komissiyadan keçirilməsi kimi neqativ hallar mənbə tərəfindən vurğulanır. Rəsul Babayevin külli miqdarda varidata malik olması verilən məlumatlar sırasındadır. Başqa bir maraqlı və üzücü məlumatda isə bildirilir ki, Rəsul Babayev qeydiyyatda olan “əsəbi” xəstədir(bu barədə rəsmi araşdırmalar davam edir). Biz isə mətbuat ictimai-rəy yaradır prinsipinə sadiq qalaraq, redaksiyaya daxil olmuş məlumatları dəqiqləşdirib, qarşı tərəfin sadalanan faktlara münasibətini öyrənməyə çalışdıq. Ancaq çox təəssüflər olsun ki, qarşı tərəflə əlaqə cəhdlərimiz uğursuzluqla nəticələndi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt