Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLU KEÇMİŞ LİDERİNİ FƏRSİZ ADLANDIRDI

SƏRDAR CƏLALOĞLU KEÇMİŞ LİDERİNİ FƏRSİZ ADLANDIRDI


13-01-2012, 13:01
SƏRDAR CƏLALOĞLU KEÇMİŞ LİDERİNİ FƏRSİZ ADLANDIRDI

MÜXALİFƏT VAHİD GÜC MƏRKƏZİ YARATMALIDIR

Azərbaycan müxalifətinin vahid güc mərkəzi yaranmasa, heç nəyə nail olmaq mümkün deyil. Bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğölu Modern.az saytına bir neçə partiyanın yeni təsis etdiyi Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının perspektivindən danışarkən deyib. Onun fikrincə, prezident seçkiləri qabağı bu cür müxtəlif ideyaların meydana çıxmasını təbii qəbul etmək lazımdır:
“Amma, hər halda reallıq ondan ibarətdir ki, bütün müxalifətin güc mərkəzi ilə müqayisədə heç bir güc mərkəzi ciddi nailiyyətlərə imza ata bilməz. Bu həm İctimai Palataya, həm həmin hərəkata, həm Lalə Şövkətin yaratdığı, həm də ADP-nin də təmsil olunduğu “Qarabağ” blokuna aiddir. Bir şeyi başa düşmək lazımdır ki, müxalifət vahid güc mərkəzi kimi çıxış eləmədikcə, Azərbaycanda situasiyaya ciddi təsir etmək şansları olmayacaq”.

Eks-spiker Rəsul Quliyevin, eləcə də onun lideri olduğu Açıq Cəmiyyət Partiyasının da yeni hərəkata qoşulmasına və 2013-cü il seçkilərində namizədliyini irəli sürərək qalib gələcəyinə arxayın olmasına gəldikdə, ADP sədri deyib ki, bu məsələyə onun özü aydınlıq gətirməlidir:

“Biz uzun müddət Rəsul müəllimlə bir yerdə olduğumuzdan danışmaq bir az siyasi etikadan uzaq olur. Bu sualı onun özünə vermək lazımdır. Hər halda, millətin taleyi üçün nəsə etməyə cəhd göstərirsə, bunu alqışlamaq lazımdır. Konkret nəticəsinin nə olacağını isə gələcək göstərəcək. Bir daha deyirəm ki, ayrı-ayrı liderlərin, ayrı-ayrı partiyaların və blokların Azərbaycanda güclü nəticələr əldə etmək şansı azdır. Ona görə Rəsul bəy də yalnız məhdud bir çərçivədə, kimlərləsə nəsə etmək istəyirsə, yenə heç bir nəticəyə nail olmayacaq”.

Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Açıq Cəmiyyət Partiyası, Liberal Demokrat Partiyası, Azadlıq Partiyası, Azad Azərbaycan Partiyası və Vətəndaş Hərəkatı Forumunun yaratdığı Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı yanvarın 12-də təsis olunub.


Geri qayıt