Əsas Səhifə > Hadisə > ARXİVLƏR AÇILIR

ARXİVLƏR AÇILIR


13-01-2012, 12:47
ARXİVLƏR AÇILIR

ARTIQ MƏXFİ SƏNƏDLƏRƏ DƏ MÜDAXİLƏ MÜMKÜN OLACAQ

Azərbaycanda arxiv sənədləri üzərindən məxfilik götürülüb. APA-nın məlumatına görə, bu, Milli Arxiv İdarəsi tərəfindən yeni təsdiq olunan “Azərbaycan Respublikası dövlət arxivlərinin əsas iş Qaydaları”nda nəzərdə tutulub.

Qaydaların 8-ci bölməsində vətəndaşların sənədlərdən istifadə işinə buraxılması, xaricdən daxil olan sorğuların icrası və xaricə arxiv arayışlarının verilməsi qaydaları şərh edilib.

Qaydalara əsasən, Arxiv Azərbaycan Respublikasının qanunvericilik və hüquqi normativ aktları ilə qoyulmuş məhdudiyyətlər nəzərə alınmaqla, müəyyən edilmiş qaydada məxfi, qismən məxfi və gizli sənədlərdən, məlumatlar bazası və bankından istifadə olunmasına icazə verir.

“Arxiv işçiləri istifadəçiyə müvafiq izahatlar, yaxud tərkibində yuxarıda göstərilən məlumatlar olmayan işlərin, sənədlərin hissələrindən surətlər verir, habelə dövlət sirrinin, gizli məlumatların qorunmasına görə onu Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məsuliyyət daşıması barədə qabaqcadan xəbərdarlıq edir. İstifadəçilər müxtəlif sənədlərlə müəyyən edilmiş qaydada, xüsusi qiraət zalında və yaxud bu işlər üçün ayrılmış xüsusi otaqlarda, məxfi sənədlərlə işləməyə icazəsi olan arxiv işçilərinin nəzarəti altında tanış olurlar. Məxfiliyi qismən götürülmüş işlərin istifadəçilərə verilməsi məxfi işlər üçün müəyyən edilmiş qaydalara uyğun olaraq yerinə yetirilir”, - deyə qaydalarda bildirilir.


Geri qayıt