Əsas Səhifə > Gündəm, Manşet > TANINMIŞ İCTİMAİ ŞƏXSLƏRDƏN BİRİNİN ŞOK BİABIRÇILIĞI

TANINMIŞ İCTİMAİ ŞƏXSLƏRDƏN BİRİNİN ŞOK BİABIRÇILIĞI


4-09-2013, 10:48
TANINMIŞ İCTİMAİ ŞƏXSLƏRDƏN BİRİNİN ŞOK BİABIRÇILIĞI
AZYAŞLI QIZA TAMAH SALAN BU ŞƏXSİ QIZIN QOHUMLARI ŞİKƏST EDİBLƏR

DİA.AZ: - Redaksiyamıza maraqlı bir məlumat daxil olub. Bildirək ki, hələ əlavə bilgilər topladığımızdan baş verən olayın tam təfərrüatını diqqətinizə təqdim edə bilmirik. Yalnız bəzi məqamları çatdırmaqla yetinirik.

Beləliklə, DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, kifayət qədər tanınmış ictimai-siyasi fiqurlardan biri bu günlərdə Bakı metrosunun «Nizami» stansiyası yaxınlığında vəhşicəsinə döyülüb.

Məlumatı verən mənbə bildirir ki, əslində döyülməsinə nədən həmin şəxsin öz günahı, daha doğrusu biabırçı bir hərəkəti nədənindən baş verdiyindən bir neçə gün əvvəl baş verən bu hadisənin ictimailəşdirilməsinə həoə kimsə maraq göstərmir.

Mənbənin söylədikləri: «Həmin tanınmış sima öz iş yerinin yaxınlığında azyaşlı bir qıza dəfələrlə söz atdığından onu həmin qızın qohumları şil-küt ediblər. Hətta vəziyyət o həddə çatıb ki, bu tanınmış simanı qorumaq məqsədilə polis işçiləri araya giriblər və linç etmək istəyən qohumlardan qoruna bilməsi üçün həmin tanınmışı bir neçə saat ərzində polis idarəsində saxlamalı olublar».

Onu da bildirək ki, bu olayla bağlı redaksiyamıza əlavə bilgilər çatdırılacaq. Yaxın vaxtlarda həmin faktları da təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt