Əsas Səhifə > Cəmiyyət > SƏNƏTÇİNİN QARDAŞININ FIRILDAQÇILIĞI SÜBUTA YETİRİLDİ
SƏNƏTÇİNİN QARDAŞININ FIRILDAQÇILIĞI SÜBUTA YETİRİLDİ13-01-2012, 12:27 |
AYGÜN KAZIMOVA ONU QORUYA BİLMƏDİ Xətai rayon Polis İdarəsi cinayət axtarış şöbəsinin əməkdaşları vətəndaşların etibarından sui-istifadə edən Kazımzadə Kazım Ələsgər oğlunu saxlayıb. Paytaxtın bir neçə rayonunda bina tikintisi ilə məşğul olan Kazım Kazımzadə bir mənzili bir neçə nəfərə sataraq vətəndaşların pulunu mənimsədiyi üçün məsuliyyətə cəlb edilib. Xətai RPİ-nin baş əməliyyat müvəkkili Anar Süleymanov K. Kazımzadənin Hövsan qəsəbəsində də həyət evləri tikmək adı ilə vətəndaşların pulunu aldığını deyib. (anspress.com) Qeyd edək ki, aldadılan mənzil sahibləri tərəfindən idarəyə daxil olan çoxsaylı şikayət ərizələri əsasında Kazım Kazımzadə barəsində hələ 2011-ci ildə cinayət məcəlləsinin dələdzuluq maddəsi ilə cinayət işi başlanılıb. Amma həmin vaxt şübhəli şəxsi istintaqa cəlb etmək mümkün olmadığından onun barəsində axtarış elan edilib. Kazım Kazımzadənin dələdzuluq yolu ilə aldatdığı insanların sayının artacağı da istisna edilmir. Anar Süleymanov Kazımzadənin əməllərindən zərər çəkən şəxsləri bu barədə Xətai rayon polis idarəsinə müraciət etməyi məsləhət bilib. Faktla bağlı Xətai rayon polis idarəsinin cinayət axtarış şöbəsində toplanan materiallar artıq istintaqa təqdim edilib. Kazım Kazımzadənin dələduzluq yolu ilə nə qədər vətəndaşı aldatdığı və dəyən ziyanın ümumi miqdarı aparılan araşdırmalardan sonra bəlli olacaq. Bir maraqlı məqamı da qeyd edək ki, cinayət məcəlləsinin dələdüzlüq maddəsinin bir neçə bəndi ilə ittiham olunan Kazımzadə Kazım Ələsgər oğlu respublikanın Xalq artısti Aygun Kazımovanını doğma qardaşıdır. Geri qayıt |