Əsas Səhifə > Ölkə, Manşet > SABİRABADDA FERMERLƏRƏ KİMLƏR FIRILDAQ GƏLİR?

SABİRABADDA FERMERLƏRƏ KİMLƏR FIRILDAQ GƏLİR?


3-09-2013, 14:12
SABİRABADDA FERMERLƏRƏ KİMLƏR FIRILDAQ GƏLİR?
MAL-QARA BÖHRANININ FƏSADLARI

DİA.AZ: - Azərbaycanda heyvanlar arasında yayılan epidemiya hökuməti bu istiqamətdə hərəkətə keçirsə də, problemlərin hələ də qalması həm arılan pulların təyinatı üzrə xərclənməməsindən, həm də problemdən sui-istifadə hallarının artmasından xəbər verməkdədir.

Bildirək ki, mal-qara arasında təhlükəli virusun yayılmasından daha çox əziyyət çəkən bölgələrdən biri də Sabirabad rayonudur. Bu günlərdə yayılan məlumatlarda deyilirdi ki, Sabirabad rayonunda kütləvi qaydada mal-qara təlafatı qeydə alınıb. Bu barədə müraciət edən sakinlər bildiriblər ki, heyvan təlafatı ilə əlaqədar olaraq Rayon Baytarlıq İdarəsinə müraciət ediblər. Heyvanlar arasında yayılan xəstəliyin səbəbi və adı bilinmir. Sakinlər şikayət edirlər ki, bu xəstəliyin müalicəsi üçün onlardan 30 manat pul tələb edirlər. Kəndlərdə baytar həkimlər sakinlərdən pul tələb edirlər. Sakinlər iddia edirlər ki, mal-qara üçün istifadə olunan müalicə dərmanları cəmi 4 manat olsa da yerli baytarlar onlardan 30 manat pul tələb edirlər. Qeyd edək ki, saytımıza müraciət edənlər Sabirabad rayonunun Cavad-Əlicanlı-Həsənli-Kürdəmir və sair kəndlərdən onlarlar kəndindəndir. Sakinlər iddia edirlər ki, kəndlərin baytar həkimləri müvafiq yerlərdə deyil başqa ərazilərdə müalicə işi aparırlar.

Onu da bildirək ki, Nazirlər Kabineti bu günlərdə mal-qara arasında xəstəliyin aradan qaldırılması üçün dövlət büdcəsindən pul ayırsa da, gələn faktlardan da aydın olur ki, əslində həmin pullar işbaz məmurlar tərəfindən yeyilir.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, Sabirabada indi də başqa bir vəziyyət yaranıb. Belə ki, mal-qarası xəstəliyə yoluxmuş fermerlər yerli baytarlıq idarəsinin rəisinin də iştirakı ilə aldadılır. Bu barədə redaksiyamıza rayon sakinləri məlumat verib.

Onların bildirdiyinə görə, birbaşa olaraq Sabirabad rayon baytarlıq idarəsinin rəisi Fikrət Rəsulovun adamları heyvanları xəstəliyə yoluxmuş fermerlərdən mal-qaranı olduqca aşağı qiymətə alırlar: «Onları rəsmən aldadırlar ki, bəs heyvanları tələf olacaq. Amma sonradan məlum olur ki, həmin hyevanlar qonşu rayonların mal bazarında satışa çıxarılıb».

Təbii ki, bu məsələyə dövlətin müdaxiləsi labüddür. Onu da bildirək ki, artıq baş verənlərdən Dövlət Baytarlıq Xidmətinin rəhbərliyinin də məlumatlı olduğu deyilir.

Geri qayıt