Əsas Səhifə > Dünya > TÜRKİYƏ DAHA BİR DƏHŞƏTİN QAPISINDAN DÖNDÜ

TÜRKİYƏ DAHA BİR DƏHŞƏTİN QAPISINDAN DÖNDÜ


3-09-2013, 11:19
TÜRKİYƏ DAHA BİR DƏHŞƏTİN QAPISINDAN DÖNDÜ
Ötən gün gecə saatlarında Türkiyənin Bingöl əyalətində minalanmış avtomobil saxlanılıb. Bu barədə çərşənbə axşamı Trend "Habertürk" qəzetinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, saxlanılan avtomobildəki boş qaz balonlarının içərisində təxminən 200 kiloqram partlayıcı maddə aşkarlanıb.
Avtomobilin sürücüsü saxlanılıb və Türkiyənin Təhlükəsizlik üzrə Baş Katibliyinin Terrorizmlə mübarizə şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Geri qayıt