Əsas Səhifə > Gündəm, Manşet > DƏHŞƏT: İSMƏT ABBASOV XƏSTƏ HEYVAN ƏTİ SATIR

DƏHŞƏT: İSMƏT ABBASOV XƏSTƏ HEYVAN ƏTİ SATIR


3-09-2013, 11:15
DƏHŞƏT: İSMƏT ABBASOV XƏSTƏ HEYVAN ƏTİ SATIR
BUNYAVİRUS XƏSTƏLİYİNİN QURBANI OLAN MAL-QARA SÜFRƏMİZƏ YOL TAPIR

DİA.AZ: - Azərbaycanda mal-qara arasında yayılan epidemiya xarakterli bunyavirus xəstəliyi ölkəmizin ət bazarına ciddi formada təsir edib. Ən azından rəsmi simaların «yerli ət almayın» xəbərdarlığı bazarlarda həm qiymət artımına və həm də təhlükəli mənzərəyə rəvac verməkdədir. Dünən apardığımız araşdırmalardan isə aydın oldu ki, hətta kənd təsərrüfatı nazirliyinə problemin aradan qaldırılması üçün ayrılan dövlət vəsaiti də təyinatı üzərə xərclənmədiyindən problem yerində qalmaqdadır.

Bu gün isə DİA.AZ-a məlum xəstəlikdən ölən heyvanların ətlərinin aqibəti ilə bağlı çox dəhşətli məlumatlar daxil olub. Mötəbər mənbədən DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, əslində xəstəlik nəticəsində tələf olan heyvanların ətləri, həmçinin xəstəlikdən əziyyət çəkən və müalicəsi gecikdirilən heyvanların kəsilməsi nəticəsində əldə olunan ətlər insanlar üçün birbaşa olaraq təhlükə hesab olunmasına baxmayaraq, bu gün məhz kənd təsərrüfatı nazirliyinin və həmçinin dövlət baytarlıq xidmətinin himayədarlığı altında bazarlara çıxarılır.

Mənbənin söylədikləri: «Bu gün həmin ətlər birbaşa olaraq piştaxtalara göndərilməsə də, faktiki olaraq Bakıdakı şadlıq evlərinin, həmçinin kolbasa istehsalı ilə məşğul olan müəssisələrimizin əksəriyyəti məhz bu ətlərə müştəridirlər. Çünki ətlər çox ucuz qiymətə təklif olunur».

Mənbəmiz bu arada xəstə heyvan ətinə müştəri çıxanlar arasında çox ciddi şirkətlərin olduğunu da bildirdi ki, həmin məlumatları araşdırma aparmadan nəzərinizə çatdırmaq istəmədik. Bizi izləyin…

Geri qayıt