Əsas Səhifə > Ölkə > AXCP ALİ MƏCLİSİNİN ÜZVÜ HƏDƏFDƏDİR

AXCP ALİ MƏCLİSİNİN ÜZVÜ HƏDƏFDƏDİR


12-01-2012, 13:43
AXCP ALİ MƏCLİSİNİN ÜZVÜ HƏDƏFDƏDİR

ONU HƏBS ETMƏK İSTƏYİRLƏR

AXCP Ali Məclisinin üzvü, Sumqayıtda yaşayan gənc fəal Elçin Həsənov hesab edir ki, onu şərləyib həbs etmək istəyirlər.

“Media forum” saytına açıqlamasında Elçin Həsənov bildirib ki, bu işi onun qonşusunun əli ilə görmək istəyirlər: “Bununla bağlı dəfələrlə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinə rəsmi ərizə ilə müraciət etmişəm. Çox təəssüf ki, cəbhəçi olduğuma görə polis ərizəmi götürmək istəmir. Axırda məcbur qalıb Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim. Ancaq yanvarın 11-də bəlli oldu ki, mənim ərizəmi hələ də qeydiyyata almayıblar”.

Gənc fəalın sözlərinə görə, yaşadığı ərazinin sahə müvəkkili də onun şikayətinə məhəl qoymur: “Məni təxribata çəkib həbs etmək istəyən maraqlı tərəf var. Səbəb siyasi fəaliyyətimdir”.


Geri qayıt