Əsas Səhifə > Hadisə > DÜNƏN GECƏ PİYADALAR ÜÇÜN UĞURSUZ OLDU

DÜNƏN GECƏ PİYADALAR ÜÇÜN UĞURSUZ OLDU


2-09-2013, 11:13
DÜNƏN GECƏ PİYADALAR ÜÇÜN UĞURSUZ OLDU
Bakıda bir gecədə baş verən yol-nəqliyyat hadisələri zamanı iki piyada ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 2-də saat 00:45 radələrində Nəsimi rayonu Azadlıq prospektində Bakı şəhər sakini Yaqub Nağıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Şabran rayon sakini Cavanşir Rüstəmovu vurub. Rüstəmov aldığı xəsarətdən hadisə yerində ölüb.
Həmin gecə daha bir piyada vurulması hadisəsi saat 01:35 radələrində Sabunçu rayonu Bünyatov küçəsində baş verib. Belə ki, Bakı şəhər sakini Sadiq Vəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə paytaxt sakini Əziz Abışovu vurub. Abışov aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda ölüb.

Geri qayıt