Əsas Səhifə > Cəmiyyət, Manşet > KEÇMİŞ REKTORUN 3 SAXTA PASPORTU VAR İMİŞ

KEÇMİŞ REKTORUN 3 SAXTA PASPORTU VAR İMİŞ


30-08-2013, 16:02
KEÇMİŞ REKTORUN 3 SAXTA PASPORTU VAR İMİŞ
ELŞAD ABDULLAYEVƏ KİM KÖMƏK EDİB?

DİA.AZ: - Hazırda interpol tərəfindən axtarılan lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə bağlı DİA.AZ-a ilginc məlumat daxil olub.

Xatırladaq ki, az əvvəl Elşad Abdullayevin bir saxta pasportla Avropa ölkələrinin bir başından girib, o biri başından çıxması ilə bağlı məlumat vermişdik.

Məlumatlı mənbə iddia edir ki, Elşad Abdullayev hələ Azərbaycanda olarkən, illər əvvəl öz ehtiyatını tutub: «Bu gün onun cibində Azərbaycan pasportu ilə yanaşı, ayrı-ayrı adlara aid olan Kiprin, Bolqarıstanın və Moldovanın pasportları da var. Elşad Abdullayev bu sənədləri zamanında ələd edib ki, ona da bu işdə Bakıdaekı dostları yardımçı olub».

Mənbə bu arada maraqlı bir məqamı da xatırlatdı: «Elşad Abdullayev Azərbaycan Respublikası Baş Prokurorluğunun onun adını orqan alverində hallandıran açıqlamasına reaksiyasında bir kəlmə ilə məsələnin mahiyyətini ortaya qoydu. Keçmiş rektor «mən öz missiyamı bitirdim» deməsiylə əslində onu himayə edənlərə «hara baxırsınız, məni hədəfə alıblar» ismarıcını yollamaq istəyirdi».

Mənbəmiz iddia edir ki, elə həmin qüvvələr keçmiş rektora zamanında saxta pasportu təşkil ediblər: «Bu məsələdə xüsusi fəallıq edənlərdən biri də hazırda Azərbaycan Milli Məclisinin üzvüdür».

Geri qayıt