Əsas Səhifə > Siyasət, Manşet > DEPUTATIMIZ BİR YANLIŞLIĞA 10 MİN AVRO QAZANDI

DEPUTATIMIZ BİR YANLIŞLIĞA 10 MİN AVRO QAZANDI


30-08-2013, 12:09
DEPUTATIMIZ BİR YANLIŞLIĞA 10 MİN AVRO QAZANDI
SƏHVƏN ƏŞYALARI ALMANİYAYA GÖNDƏRİLƏN MİLLƏT VƏKİLİNİN BƏXTİ

DİA.AZ: - Redaksiyamıza maraqlı bir informasiya daxil olub. Bəri başdan bildirək ki, verilən xəbərin təsdiqlənməsi qeyri-mümkün olduğundan ad çəkmədən hadisənin mahiyyətini diqqətinizə təqdim etmək qərarına gəldik.

DİA.AZ-ı bilgiləndirən etibarlı mənbə iddia edir ki, bu günlərdə azərbaycanlı deputatlardan biri Türkiyədən istirahətdən gələrkən hava limanında arzuolunmaz hadisə ilə üzləşib: «Heydər Əliyev adına Beynəlxalq Hava limanında təyyarədən enən deputatımız görüb ki, ona aid əşyalar yüklər arasında yoxdur. Bu zaman hava limanının əməkdaşları məlumatlandırılıb. Xoşbəxtlikdən deputatımız Türkiyə Hava Yollarına aid təyyarə ilə uçurmuş. Və elə buna görə də onun yükü 3 günə də olsa, özünə qaytarılıb».

Mənbəmiz iddia edir ki, deputatımıza aid əşyalar İstanbulda hava limanında səhvən Almaniyaya uçan təyyarəyə yüklənib: «Bu zaman məlumatlandırılan hava yolları şirkətinin əməkdaşları deputatımızdan üzrxahlıq edərək, gec də olsa, onun əşyalarını özünə çatdırıblar».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Deputatımıza Türkiyənin hava yolları şirkəti (THY) tərəfindən üzrxahlıqla yanaşı, təzminat olaraq 10 min avro pul da ödənilib».

Hər halda, bu da bəxt məsələsidir…

Geri qayıt