Əsas Səhifə > Siyasət, Manşet > NAZİRLƏR KABİNETİNDƏ İSLAHATLAR

NAZİRLƏR KABİNETİNDƏ İSLAHATLAR


12-01-2012, 11:56
NAZİRLƏR KABİNETİNDƏ İSLAHATLAR

ELÇİN ƏFƏNDİYEV ƏLİ NAĞIYEVİN YERİNƏ SƏFİR GÖNDƏRİLİR

DİA.AZ: - Hakimiyyətin gəncləşdirmə siyasətində maraqlı olduğu son bələdiyyə və parlament seçkilərində də nəzərəçarpacaq dərəcədə cərəyan etsə də, sonradan bu yöndə elə bir ciddi hərəkətlənmələr müşahidə olunmadı. Əksinə, bu faktor daha çox hakim komandanın yeniləşmə tempinin həddindən artıq aşağı olması ilə əlaqələndirilir. Amma yenə də hətta yaş senzi ilə bağlı tətbiqatın olmasına rəğmən, hələ də total gəncləşmə müşahidə olunmur. Daha çox yaşlılardan təşkil olunan köhnə eşalon günü-gündən mövqelərini daha da möhkəmləndirməkdədir.

Amma deyəsən, bu yöndə də dəyişiklik istisna deyil. Elə hökumət içindəki məlumatlı çevrələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlardan da bu aydın olur. Mötəbər mənbənin bildirdiyinə görə, keçən ilin sonlarına yaxın yaş senzi ilə bağlı büdcə təşkilatlarında müəyyən addımlar atılsa da, bu fəliyyətin total mahiyyət daşınmaması da diqqətlərə gəldi. İndi isə çox ciddi planlamaların icrası nəzərdə tutulur.

Mənbəmiz bildirir ki, hətta yeni gənc kadrlardan birinin baş nazirin müavini postuna gətirilməsi də nəzərdə tutulub. Onu da bildirək ki, neçə müddətdir tanınmış yazıçı, baş nazirin müavini Elçin Əfəndiyevin vəzifəsindən gedəcəyi ilə bağlı xəbərlər yayılmaqdadır. Bu barədə verilən məlumatlara görə, Elçin Əfəndiyev əslində, öz istəyi ilə vəzifəsini tərk edir. Lakin hələlik bu barədə hakimiyyətin üst düzəyi tərəfindən gəprəkən siyasi qərarın verilməməsi prosesləri yubadır.

Məlumatlarda o da bildirilir ki, Elçin Əfəndiyevin Belorusiyaya səfir təyin edilməsi də gündəmdə var. Xatırladaq ki, keçmiş əmək və əhalinin sosil müdafiəsi naziri Əli Nağıyevin Belorusiyadakı səfirlik dönəmi başa çatdıqdan sonra Azərbaycan dövləti Minskdəki baş elçi postunu boş saxlamaqdadır. Həmin posta isə Elçin Əfəndiyevin əsas namizəd olduğu bildirilir.

Onu da bildirək ki, redaksiyamıza bu barədə danışan mənbə Elçin Əfəndiyevin yerinə hazırda millət vəkili statusuna malik olan gənclərdən birinin təyin olunması barədə qərar verib: «Hələlik həmin gəncin kimliyi açıqlanmır. Amma onunla bağlı yüksək səviyyəli planlar var və baş nazirin müavini postu əslində tramplin kimi nəzərdə tutulub».

Araşdırmalarımız davam edir. Bizi izləyin…

Geri qayıt