Əsas Səhifə > Partiya > TÜRMƏDƏN CƏMİL HƏSƏNLİYƏ DƏSTƏK GƏLDİ

TÜRMƏDƏN CƏMİL HƏSƏNLİYƏ DƏSTƏK GƏLDİ


30-08-2013, 11:04
TÜRMƏDƏN CƏMİL HƏSƏNLİYƏ DƏSTƏK GƏLDİ
Həbsdə olan ilahiyyatçı Taleh Bağırov “Media forum”a açıqlama göndərib. Açıqlamada deyilir:

- Milli Şuranın üzvü və sadə vətəndaş kimi məni bu birliyin taleyi daim narahat edirdi. Xüsusilə son zamanlar Milli Şurada yaranan böhranlı vəziyyət bu narahatlığımı artırıb. Bu birliyin üzərində olan qara buludları dağıtmaq üçün sözün həqiqi mənasında hamını qane edəcək bir xilaskara ehtiyac var idi.

Milli Şuranın yeni vahid namizəd elan edəcəyi günü səbirsizliklə gözləyirdim. Yazılarıma görə cərimə təcridxanasına salındığımdan vahid namizədlə bağlı hansı qərarın qəbul olunmasını öyrənə bilmirdim. Sonradan bu şəxsin Cəmil Həsənli olduğunu eşidəndə çox sevindim. Cəmil bəyin ictimai-siyasi fəaliyyətini, çıxışlarını həmişə yaxından izləmişəm. Onu digərlərindən fərqləndirən cəhət dindarlar üçün həssas məsələlərlə bağlı ədalətli mövqe ortaya qoymasıdır. Bu isə Cəmil bəyin xalqımızın milli-mənəvi dəyərlərinə sadiq olan əsl ziyalı olduğunu göstərir. O, zindanda olan dindarları və vicdan məhbuslarını tək buraxmayıb, onları daim müdafiə edib. Milli Şuranın bu qərarının tarixi qərar olması şübhəsizdir.

Azərbaycanda seçkilərin daim saxtalaşdırıldığı hamıya məlumdur. Buna baxmayaraq xalqın sifarişi ilə qurulan Milli Şura seçkinin nəticəsindən asılı olmayaraq artıq qalibdir və bu qalibiyyətin qorunub rəsmiləşdirilməsi üçün bütün sivil yollardan istifadə edilməlidir.

Cəmil bəyə xalqımızın bu ağır vaxtında taleyüklü məsələni üzərinə götürdüyünə görə minnətdarlığımı bildirirəm.

Geri qayıt