Əsas Səhifə > Hadisə > "QARA TOFİQ" BAKIDA QƏTLƏ YETİRİLDİ

"QARA TOFİQ" BAKIDA QƏTLƏ YETİRİLDİ


30-08-2013, 10:24
"QARA TOFİQ" BAKIDA QƏTLƏ YETİRİLDİ
Bakıda 51 yaşlı kişi qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 27-nin qarşısında 1952-ci il təvəllüdlü Həsənov Tofiq Əli oğlu güllələnərək qətlə yetirilib. Hadisə yerindən tapança gülləsinə aid 6 giliz tapılıb.

Qətlin kim tərəfindən törədilməsi hələlik məlum deyil.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, qətlə yetirilmiş T.Həsənov ömrünün xeyli hissəsini həbsxanalarda keçirib. O, kriminal aləmdə “Qara Tofiq” adı ilə tanınırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Geri qayıt