Əsas Səhifə > Cəmiyyət > RÜŞVƏTXOR POLİSLƏR SİSTEMDƏN QOVULDULAR
RÜŞVƏTXOR POLİSLƏR SİSTEMDƏN QOVULDULAR12-01-2012, 11:31 |
RAMİL USUBOVDAN SƏRT MÖVQE Bir neçə gün əvvəl Bakıda yol polis əməkdaşlarının kütləvi şəkildə avtomobilləri saxlayaraq sürücülərdən rüşvət almaları ilə bağlı yayılan video sözün əsl mənasında ciddi rezonansa səbəb olub. “Qafqazinfo”nun məlumatına görə, reaksiyalar daha çox Daxili İşlər Nazirliyinin rəhbərliyində özünü göstərib. Qurum tərəfindən bir neçə gün əvvəl ictimaiyyətə açıqlanan məlumatlarda da vurğulanıb ki, məsələ ciddi şəkildə araşdırılır. Bu gün səhər aldığımız məlumatlara görə, artıq nazir Ramil Usubovun əmri ilə həmin biabırçı hadisədə iştirak edən hər üç yol polisi əməkdaşının hüquq-mühafizə orqanlarından qovulması haqqında əmr imzalanıb. Nazir onların haqqında tədqiqatların davam etdirilməsini tapşırıb. Həmin şəxslərin həbs ediləcəyi də istisna olunmur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəsmisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlama verib. E. Zahidovun sözlərinə görə, baş verən hadisə ilə bağlı nazirin göstərişi ilə tədqiqatlar davam etdirilir: “Biz bu hadisə ilə bağlı hansı tədbirlər görüldüyünü ictimaiyyətə açıqlayacağıq. Lakin bu tədqiqatlar başa çatandan sonra baş verəcək. Hələlik isə proses gedir” . Geri qayıt |