Əsas Səhifə > Sosial, Manşet > DÖVLƏTDƏN DAHA İMKANLI BAŞ HƏKİM

DÖVLƏTDƏN DAHA İMKANLI BAŞ HƏKİM


11-01-2012, 15:39
DÖVLƏTDƏN DAHA İMKANLI BAŞ HƏKİM

AĞCABƏDİ MƏRKƏZİ XƏSTƏXANASININ BƏRBAD DURUMUNA KİMLƏR CAVABDEHDİR?

DİA.AZ: - Milyonlarla sıravi azərbaycanlı yenə də 10-15 il əvvə olduğu kimi kasıb həyat tərzi keçirir. Azərbaycanin nefitinin xeyrini yenədə ancaq bir neçə məmur və əcnəbilər görürlər. Məmurların sırası isə çox genişdir: böyük oliqarxlardan xırda rayon namenklaturasına qədər və bu sırada Ağcəbədi rayon məmurları da yer alıb.

Bir neçə gün bundan əvəl Ağcəbədi rayonunda olduq. Açığı rayona girərkən bəzi rayonlarda olduqu kimi burada da kosmetik abadlıq ve quruculuq işləri diqqət çəkir. Amma geniş şəkildə araşdırdıqda bütün bunların yalnız aldadığı görüntü olduğu ortaya çıxır. Məsələn götürək rayon mərkəzi xəstəxanasını. Rayonda olduğu kimi xəstəxananın girişi də reklam xarakterli bəzəklə örtülüb. Xəstəxana Heydər Əliyev prosbektində yerləşdiyi üçün prosbektin görünüşü pozulmasın deyə xəstəxananın girişin əməli başlı təmir etdiblər. Lakin qapıdan içəri girdikdə tamam başqa mənzərənin şahidi olursan. Hər il abadlığı üçün büdcədən milyonlarla manat ayrılmış bir rayonun mərkəzi xəstəxanasının demək olarki tikildiyi gündən bugünə kimi təmir olunmaması təəccüb doğurur. Qəza vəziyyətində olan xəstəxana tam antisanitariya şəraitində fəliyyət göstərir. Əvəzində xəstəxanadan 200 metr aralı baş həkim Arif Fərəcovun (Arif Fərəcov həm də YAP Ağcabədi rayon təşkilatının sədirdi) villası var ki, bu villaya tamaşa edəndə büdcədən ayrılan pulların istifadə mənbəyi haqda qara fikirlər yaranır.

Bu səhnə neftin Azərbaycan xalqna yalnız bədbəxlik gətirdiyinə bir daha sübutdur. Ağcəbədi rayon mərkəzi xəstəxanası ilə baş həkimin evinin arsında eni 8 metr olan Heydər Əliyev prospekti var. Yolun o tayında 4 metirəlik hasara alınmış otaqlarının sayı hesabı olmayan baş həkimin vilası, yolun bu tayında bərbad gündə olan hətta adi bir yara sarmağa bint belə tapılmayan rayon mərkəzi xəstəxanası... Görəsən Azərbaycan dövlətinin bir baş həkim qədər pulu yoxdurmu rayon mərkəzi xəstəxanasını normal təmir etsin?


Geri qayıt