Əsas Səhifə > Dünya > İORDANİYADAN BƏŞƏR ƏSƏDƏ DƏSTƏK
İORDANİYADAN BƏŞƏR ƏSƏDƏ DƏSTƏK29-08-2013, 10:48 |
İslamazeri.az-ın "İsrahaber"-ə istinadən verdiyi xəbərə görə, İordaniya "İxvan"ının siyasi qanadı İslami Əməl Cəbhəsi, Suriyaya istiqamətli hərbi müdaxilə hazırlıqlarına qarşı çıxıb. İslami Əməl Cəbhəsi tərəfindən verilən açıqlamada təhlükəli nəticələrin olacağı vurğulanaraq, səbəbindən asılı olmayaraq istənilən hərbi müdaxiləni rədd etdikləri bildirilib. Təşkilat bu müdaxilənin ABŞ və sionistlərə xidmət kimi dəyərləndirib və mənfi nəticələrin Fələstində də hiss ediləcəyi qeyd edilib: "Hərbi müdaxilə ABŞ-a və sionistlərə xidmət etməkdir" Geri qayıt |