Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOVUN OĞLU MİLLİ LAYİHƏDƏ

ZİYA MƏMMƏDOVUN OĞLU MİLLİ LAYİHƏDƏ


11-01-2012, 14:34
ZİYA MƏMMƏDOVUN OĞLU MİLLİ LAYİHƏDƏ

ANAR MƏMMƏDOV KƏMALƏDDİN HEYDƏROVUN OĞLU İLƏ RƏQABƏT APARIR

DİA.AZ: - Bu günlərdə məlumat verərək bildirmişdik ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yeni telekanal açmaq niyyətindədir. Məlumatımızda onu da bildirmişdik ki, yeni telekanala hazırda ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsini tutan və 2005-ci il parlament seçkilərində o zamanlar deputatlığa namizə olan Bakı Neft Emalı Zavodunun direktoru Rövnəq Abdullayevin seçki qərargahının rəhbəri olmuş Rəşad Əliyevin qardaşı Rüstəm Əliyevin rəhbərlik etməsi nəzərdə tutulub.

Əldə etdiyimiz son məlumatlardan isə aydın olur ki, telekanal açmaq istəyən məmurlar sırasına nəqliyyat naziri Ziya Məmmədov da qoşulub. Bu barədə redaksiyamızı bilgiləndirən hökumət içindəki mənbənin sözlərinə görə, Ziya Məmmədovun telekanalla bağlı projelərini oğlu, «ZQAN» Holdinqin prezidenti anar Məmmədov icra edəcək.

Qeyd edək ki, keçən il bir sıra yeniləşmə həyata keçirən «ZQAN» Holdinq rəhbərliyi mətbuatla bağlı istiqamətdə də ciddi planlarının olduğunu ictimaiyyətə duyurdu. Və bu planlarda nəzərdə tutulurdu ki, holdinq gələcəkdə medi sahəsinə möhürü vura bilməsi üçün televizyonçuluq işinə də baş vuracaq.

Mötəbər mənbənin DİA.AZ-a sylədiklərinə görə, amma «ZQAN» Holdinq tleviziya işi ilə bağlı planlarını Azərbaycanda yox, Gürcüstanda gerçəkləşdirmək niyyətindədir. Bu barədə qaynağın söylədikləri:

«Anar Məmmədov son günlər xüsusi olaraq fəallaşıb və onun bir müddət əvvəl ABŞ-da Azərbaycanın diaspora işlərinin gücləndirilməsi məqsədilə 2 milyon manatlıq büdcəni elan etməsi də təsadüfi deyil. NN şefi oğlunu milli dövlətçilik maraqlarımızın keşikçisi kimi təqdim etməkdə israrlıdır. Əslində burada açq rəqabət hisi də var. Çünki Ziya Məmmədovun əsas alternativi və rəqibi kimi dəyərləndirilən fövqəladə halar naziri Kəmaləddin Heydərov da öz oğlunu bu istiqamətdə pardaxlandırır. Amma Taleh Heydərov uzun illərdir ki, bu yöndədir və onun bu fəaliyyəti Anar Məmmədovun son təşəbbüsləri ilə müqayisədə daha çox təbii görükməkdədir».

Mənbəmizin sözlərindən o da aydın olur ki, Gürcüstanda milli teleradio şirkətinin yaradılmasına 1 milyon manat vəsait ayıran Ziya Məmmədov artıq bu məqsəd üçün xeyli işlər də görüb: «Yeni telekanal BTV - yəni «Borçalı» Televiziya Kanalı adlanacaq. Telekanala bir zamanlar «Lider» kanalının Gürcüstandakı büro rəhbəri olmuş Zaur Xəlilov rəhbərlik edəcək».

Mənbəmizin sözlərinə görə, BTV-nin əsas tədarükü ilə Anar Məmmədov məşğuldur və hətta bir neçə gün əvvəl o, Gürcüstana səfər edərək, bu ölkənin müvafiq dövlət qurumları ilə danışıqlar da aparıb: «BTV əsasən Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini işıqlandıracaq və bu kanalın iki dildə - gürcücə və Azərbaycan türkcəsində yayımı nəzərdə tutulur».


Geri qayıt