Əsas Səhifə > Cəmiyyət, Manşet > FALÇI KEÇMİŞ REKTORA NƏLƏRİ VƏD EDİB?

FALÇI KEÇMİŞ REKTORA NƏLƏRİ VƏD EDİB?


28-08-2013, 15:08
FALÇI KEÇMİŞ REKTORA NƏLƏRİ VƏD EDİB?
21-Cİ ƏSRDİR, ADAMLAR HƏLƏ FAL PEŞİNDƏDİR

DİA.AZ: - Bir çox məmurların falçı-cadigər məsləhətçilərinin olduğu sirr deyil. Özləri və ya yaxın qohumları vasitəsi ilə falçıları “baş məsləhətçi” seçən və onların “təlimatları” ilə hərəkət edənlərdən birinin də lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev olduğu ötənlərdə açıqlandı. Bəlli oldu ki, qos-qoca hüquq elmlər doktoru, hansısa universitetlərin fəxri üzvü falçıların sözündən çıxmırmış…

Bu xəbəri oxuyan Qazax rayon sakinlərindən biri DİA.AZ-a maraqlı məlumat göndərib. O, Elşad Abdullayevin bir falçısının da Qazaxda yaşadığını bildirib. Məktub müəllifinin yazdığına görə, Qazax sakini İmamirə Novruzova neçə illərdən bəri falçılıqla məşğuldur. Qeyd edək ki, onunka bağlı mətbuatda yetərincə informasiyalar verilib. Qazaxdakıların ləhcə ilə “Mamirə” adlandırdığı bu qadın Elşad Abdullayev kimilərin sayəsində özünə səltənət qurub.

Elşad Abdullayevin hər ay ziyarət edərək məsləhət aldığı bu qadın həm də Qazaxın “yola salınan” icra başçısı Rauf Hüseynovun da “baş məsləhətçisi” olub.

“Ağıllı” məmurların pulları ilə Qazaxda söz sahibi olan bu xanım haqqında Elşad Abdullayev kitab da çıxarıb. “Səs” qəzetinin 14.05.2009-cu il tarixində yazdığına görə, “…“İdeallıqla reallığın vəhdəti” adlanan xüsusi buraxılış ən nəfis tərtibat və rəngli şəkillərlə “Balaxanım ocağı”nın davamçısı İmamirə xanımın müqəddəs ruhi fəaliyyətinə həsr edilmişdir”. Kitabda Elşad Abdullayevin bu sözlərinə də yer verilib: “Balaxanım ananın müqəddəs ruhu xeyirxah insanları bəd nəzərdən qorumaq üçün Tanrı tərəfindən bəxş edilib. Mən ilk baxışdan İmamirə xanımda qeyri-adi bir ilahi qüvvə duydum” (!).

“Balaxanım ana” deyilən qadının Qazaxda “Qaqarin Balaxanım” deyə tanındığını bildirən məktub müəllifi bunu belə açıqlayır: “Hər bir insanın qüsuru ola bilər. Fəqət biz Qazaxın Səməd Vurğunlarla tanınmasını istəyirik, Qaqarin Balaxanımlarla deyil. Sovet dövründə arxın üstündəki körpüdən suya süzərək atılan və uçduğunu zənn edərək, özünə bu ayamanı verən qadının müqəddəsləşdirilməsi insanların əsəbləri ilə oynamaqdır”.

Elşad Abdullayevlə yanaşı Qazaxın sabiq icra başçısının da icra hakimiyyətindən daha çox falçı İmamirənin evinə gəlib getdiyini deyən məktub müəllifi 2010-cu il parlament seçkilərində namizəd kimi debata çıxan Qurbanov Tural Pəhləvan oğlunun da İmamirə Novruzovanın oğlu olduğunu bildirir: “İmamirə Novruzova oğlunu deputat etdirmək istəyirdi. Rauf Hüseynov da ona söz vermişdi. Əhməd Vəliyevin göndərilməsi bütün işləri korladı. Fəqət 107 saylı Qazax Seçki Dairəsindən namizəd Tural Qurbanovun da “məşhur” çıxışı uzun müddət xatirələrdən silinmədi.

Sözün qısası, qos-qoca rektorlar, icra hakimləri bir falçının qurduğu “Balaxanım ocağı”nda birləşiblərsə, bu ölkənin halı doğrudan da acınacaqlıdır.

Belyə yerdə deyirlər, «məslhətçisi Gülüm olanın»… Deyəsən, Elşad Abdullayev də İmamirə Novruzovanın məsləhətləri ilə vidobombardmana başlayıb. Və bəhrəsini görməkdədir. Təbii ki, bu parisli oğlan bilməli idi ki, İmammirənin cadu-pitisi belə güclü idisə, elə öz oğlunu deputat edərdi, daha Elşad Abdullayevə «işıqlı gələcək» qurmazdı.

DİA.AZ-a daxil olan məlumatlardan o da aydın olur ki, bu günlərdə keçmiş rektorun yaxınları yenə də «böyük ocaq» hesab etdikləri ünvana gedib, Elşad Abdullayevin gələcəyi barədə soruşublar. Hər halda, onlara hansı cavabın verildiyini bilməsək də, təxmin edirik. Çox güman onlara Elşad Abdullaeyvin yaxın günlərdə Bakıya gələcəyi deyilib. Gələcək. Doğrudur. Amma qolu qandallı. Artıq bu barədə hüquqi işləmlərə start verilib…

Geri qayıt