Əsas Səhifə > Ölkə, Manşet > DƏHŞƏT: İSMƏT ABBASOV MİLLƏTİN QƏSDİNƏ DURUB?

DƏHŞƏT: İSMƏT ABBASOV MİLLƏTİN QƏSDİNƏ DURUB?


28-08-2013, 13:36
DƏHŞƏT: İSMƏT ABBASOV MİLLƏTİN QƏSDİNƏ DURUB?
XƏSTƏ HEYVAN ƏTİ ŞADLIQ EVLƏRİNDƏ

DİA.AZ: - Son günlər Azərbaycanın ayrı-ayrı bölgələrindən mal-qara arasında naməlum xəstəliklərin yayılması ilə bağlı narahatçılıq doğuran xəbərlər yayılmaqdadır. Bildirək ki, bu kimi xəbərlər artıq dövlətin müvafiq qurumlarının da hərəkətə keçməsinə nədən olub və hətta vəziyyətin kritikliyi səbəbindən kənd təsərrüfatı naziri İsmət Abbasov hökumətə müraciət də ünvanlayıb.

Amma bütün faciələrdən yararlanmağa çalışan işbazlar hər zaman olub. Elə bu dəfə də üzə çıxmağa başlayıblar. Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, illərdir Bakıda və ümumiyyətlə, bütün ölkə üzrə ət biznesini nəzarətində saxlayan şəxslər mal-qara arasında yayılan xəstəlikdən faydalanmağa çalışırlar.

Mənbənin söylədikləri: «Bu gün Azərbaycanda idxal ət biznesinə əsasən Bəylər Əyyubovun yaxınları nəzarət edir. Daha doğrusu, diri mal-qaranın gətirilməsi XDMX-nin rəis müavininə aiddir. Amma onunla rəqabətdə olanlar da var ki, həmin şəxslər yerli bazarı nəzarətdə saxlayırlar».

Mənbəmiz iddia edir ki, bu işdə İsmət Abbasova yaxın şəxslərdən biri xüsusi olaraq fəaldır: «Onun kimliyi barədə mətbuatda yetərincə məlumat verilib. Bu adam baytarlıq xidmətinin əli ilə bazarlarda ət satışını təşkil edir. Və yaranmış situasiyadan yararlanan həmin şəxs (onun hazırda KTN-də yüksək vəzifə tutduğu qeyd olunur -red.) xəstəliyə yoluxmuş heyvanların təcili satışını təşkil edərək, onu paytaxtdakı şadlıq evləri və restoranlara ucuz qiymətə satmaqdadır».

Mənbə iddia edir ki, bu proses son bir həftədə start götürüb: «Heyvanların kütləvi şəkildə xəstələnməsi bir aydır ki, bütün ölkə miqyasını ağuşuna almaqdadır. Amma İsmət Abbasov bu günlərdə rəsmi mövqe bildirir. Çünki bu vaxta qədər onlar xəstə heyvanları əhalidən ucuz qiymətə almaqla məşğul idilər. Halbuki dövlət mal-qara üçün gərəkən vaksinləri pulsuz olaraq kəndlilərə təqdim edir. Amma bu vaksinlər satıldığından əhalinin öz heyvanlarının qeydinə qalması da imkansız olur. Əvəzində isə KTN şefinin adamları külli miqdarda pul qazanırlar».

Mənbəmiz onu da əlavə etdi ki, restoran və şadlıq evləri həmin ucuz ətdən imtina etməlidirlər: «Əks halda bu fakt insanlar arasında da kütləvi zəhərlənməyə nədən ola bilər. Doğrudur, KTN-dən bu günlərdə verilən açıqlamada qeyd olundu ki, heyvanlarda tapılan xəstəliklərin insanlara heç bir zərəri yoxdur. Təbii ki, həmin heyvanın əti yeyilirsə, bu artıq təhlükəyə doğru atılan addım deməkdir».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt