Əsas Səhifə > Siyasət, Manşet > ELŞAD ABDULLAYEVLƏ BAĞLI DAHA BİR ŞOK FAKT

ELŞAD ABDULLAYEVLƏ BAĞLI DAHA BİR ŞOK FAKT


28-08-2013, 11:30
ELŞAD ABDULLAYEVLƏ BAĞLI DAHA BİR ŞOK FAKT
KEÇMİŞ REKTOR AYRI-AYRI ÖLKƏLƏRİN SƏRHƏDDİNİ SAXTA PASPORTLA KEÇİR

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı yeni məlumat almışıq. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, sabiq universitet rəhbəri barəsində beynəlxalq axtarış qərarının çıxarıldığı vaxt Ukraynada olub.

Mənbənin söylədikləri: «Amma bundan sonra Elşad Abdullayev Ukrayna ərazisini də tərk edib. Maraqlıdır ki, Elşad Abdullayev Ukraynadan 26 avqust tarixində çıxıb və qardaş Türkiyəyə gedib. Amma onun sonradan başqa bir dövlətin ərazisinə keçdiyi məlum olub».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Elşad Abdullayevin saxta pasportu var və bu səbəbdən onun yerinin təsbit olunması hüquq-mühafiə orqanları üçün çox çətin olacaq».

Geri qayıt