Əsas Səhifə > Cəmiyyət > LƏNKƏRANDA POLİS-MÖMİN QARŞIDURMASI OLUB
LƏNKƏRANDA POLİS-MÖMİN QARŞIDURMASI OLUB11-01-2012, 12:27 |
MƏSCİDDƏ XÜTBƏ DAVASI QARŞIDURMAYA SƏBƏB OLUB Lənkəranın Kiçik Bazar adlanan Hüseyniyyə məscidində polislərlə dindarlar arasında toqquşma baş verib. Əməkdaşımıza bölgədən verilən xəbərə görə insidentə səbəb Qafqaz Müsəlmanları İdarəsinin (QMI) cənub bölgəsi üzrə qazısı, hamının Sədi kimi tanıdığı Qəni adlı şəxsdir. Hadisə belə olub: qazının müraciəti əsasında polislər sözügedən məscidə gəlib. Səbəb isə Hüseyniyyəyə gələn dindarların məscidin rəhbər və axundunu qəbul etməməsidir. Məscidin rəhbəri Həmdullanı və axund Hafizi dindarlar qəbul etmir. Dindarlar məsciddə Hafizin xütbə oxumasının əleyhinədir. Verilən xəbərə görə, axund Hafiz bir neçə il əvvəl məhkəmənin qərarı ilə məscidin axundluğundan uzaqlaşdırılıb. Ancaq tez bir zamanda onu Qəninin əliylə məscidə axund təyin ediblər. Əliağa adlı şəxs isə axundluqdan çıxarılıb. Halbuki Əliağanın atası da müctəhid olub. Yanvarın 9-da axşam saatlarında dindarlar öz aralarından xütbə oxumaq üçün Vüsal adlı şəxsi seçiblər. Vüsal xütbə oxuyanda isə Qəni məscidə gəlib. Dindarları təhqir edib və bildirib ki, burda onun sözü keçir. Ya hamı onu eşitməli, ya da məscidə gəlməməlidir. 160 dindar dekabrın 19-da QMI sədri Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova məktub göndərsələr də, hələ ki, heç bir cavab gəlməyib. Qənin sözlərinə görə, yanvarın 10-da 5 polis maşını məscidə gəlib: "Rəis və axundun məqsədi dindarlarla polis arasında xoşagəlməz hal yaratmaqdır. Dindarlar dövlətə sadiq insanlardır. Lənkəran şəhərindən üç Milli Qəhrəman çıxıb. Hər üçü də Kiçik Bazardandır” - deyə, məlumatı verən şəxs sonda qeyd edir. Geri qayıt |