Əsas Səhifə > Dünya > İSRAİL QAZSIZ QALACAQ

İSRAİL QAZSIZ QALACAQ


27-09-2011, 14:03
İSRAİL QAZSIZ QALACAQ

MİSİRDƏN GEDƏN KƏMƏR PARTLAYIB

DİA.AZ: - Sentyabrın 27-si səhərə yaxın Misirdən İordaniyaya və İsrailə gedən qaz kəmərində partlayış baş verib. Məlumatlara görə, keçmiş prezident Hüsnü Mübarək xalq etirazları nəticəsində hakimiyyətdən gedəndən sonra azı dördüncü dəfədir ki, qaz kəmərində partlayış baş verir.

Bu dəfəki partlayış Sinai yaxınlığnda baş verib.

Partlayışın səbəbləri haqqında məlumat verilmir. Güman edilir ki, hədəf Misir qazının İsrailə satışıdır.

Hüsnü Mübarəkdən sonra Misir və İsrail arasında münasibətlər korlanıb.

Geri qayıt