Əsas Səhifə > Şou-biznes > SAMRİNA SEÇİMİNİ ETDİ

SAMRİNA SEÇİMİNİ ETDİ


11-01-2012, 12:01
SAMRİNA SEÇİMİNİ ETDİ

GƏNC MÜĞƏNNİMİZ TÜRKİYƏLİ İŞ ADAMI İLƏ AİLƏ QURUR

DİA.AZ: - Bu günlərdə ABŞ-dakı soydaşlarımızın birindən maaqlı evlilik təklifi alan gənc müğənni Samrina nəhayət ki, seçimini edib. Bu barədə DİA.AZ-ı müğəninin dostları məlumatlandırıb.

Məlumata görə, hazırda Türkiyədə işgüzar səfərdə olan Samrina həm də evlilik barədə düşünür. Onun Türkiyənin məşhur şirkətlərindən biri olan «İma Group»da çalışan Yaşar Kose adlı bir iş adamı ilə ailə həyatı qurmağa hazırlaşdığını bildirən mənbəmiz onu da bildirdi ki, cütlüyün münasibətləri ciddidir.

Onu da qeyd edək ki, Samrinanın fanatları tərəfindən yaradılmış «Fasebook» sosial şəbəkəsindəki səhifədə Yaşar Kose ilə gənc müğənninin məhrəm görüntüləri də yer alıb.


Geri qayıt