Əsas Səhifə > Cəmiyyət > TARİF ŞURASINDAN DAHA BİR BAHALAŞMA QƏRARI
TARİF ŞURASINDAN DAHA BİR BAHALAŞMA QƏRARI11-01-2012, 11:47 |
BU DƏFƏ NEFTİN DAŞINMA TARİFLƏRİ ARTIRILDI Azərbaycanın Tarif Şurası neft kəmərləri ilə neftin daşınması qiymətini 1 ton xam neftin nəqli üzrə hazırki 2,6 manat tarifindən 6,0 manat (ƏDV-siz) səviyyəsinədək artırıb. Trend-in məlumatına görə, bu barədə Şuranın saytında çərşənbə günü dərc olunmuş məlumatda deyilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müraciəti əsasında qəbul edilən yeni tariflər 1 yanvar 2012-ci il tarixindən qüvvəyə minib. Tarifin artırılması Şimal İxrac Boru Kəmərinin Neft Kəmərləri İdarəsinin tərkibinə verilməsi, tarifin xərclərə uyğunlaşdırılması zərurəti ilə bağlıdır. Çərşənbə günü Tarif Şurasından Trend-ə deyildiyi kimi, neftin daşınma tarifinin artırılması ilə əlaqədar benzinin və dizel yanacağının bahalaşması gözlənilmir. "Bu gün ARDNŞ Tarif Şurasına benzinin və dizel yanacağının tariflərinin dəyişdirilməsi ilə bağlı müraciət etməyib", - Şuradan bildirilib. Yanvarın 11-nə rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir. Geri qayıt |