Əsas Səhifə > Partiya > MÖVSÜM SƏMƏDOVLA BAĞLI XƏBƏR YUBANIR

MÖVSÜM SƏMƏDOVLA BAĞLI XƏBƏR YUBANIR


27-08-2013, 11:17
MÖVSÜM SƏMƏDOVLA BAĞLI XƏBƏR YUBANIR
Ədalətli Seçki Uğrunda təşəbbüs qrupunun Azərbaycan islamçılarının lideri Mövsüm Səmədovun prezidentliyə namizədlik sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi gündən artıq beş gün keçir. Amma bu günə kimi MSK-dan rəsmi cavab verilməyib. FaktXəbər-in məlumatına görə, cavabın verilməməsinin səbəbini AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli "İslamınsəsinə" belə izah edib: “AİP-in prezidentliyə namizəd irəli sürdüyü Mövsüm Mərdan oğlu Səmədovun passiv seçki hüququnun tanınması və namizədliyinin MSK tərəfindən təsdiq edilməsi liderimizin həbsdən azad olunmasından asılıdır. Bu isə ölkə prezidenti İlham Əliyevin müstəsna səlahiyyətindən asılıdır. Bu gün islamçıların böyük gözləntiləri vardır ki, ədalətli yanaşma olarsa, Doktor Səmədov azadlığa qovuşacaq. Belə yanaşma eyni zamanda Azərbaycanın insan haqlarının pozulmasında imicinə dəyən zərərin, İslam aləmindəki və ölkəmizdəki nüfuzuna düşən xələlin yüngülləşməsinə təsirsiz ötüşməz."

A.Heydərli daha sonra bildirdi ki, bu gün hakimiyyət Mövsüm Səmədovun həbsdən azad edilməsində tərəddüd içindədir: "Amma məncə Səmədovun üzərindən qondarma ittihamların ləğv edilərək hüquqlarının təmin olunması və onun seçkilərə azad şəkildə qoşulması AİP-in prezidentliyə namizədliyinin geri götürülməsi etimalını da doğura bilər.
Bütün bu etimalları və gözləntiləri nəzərə alıb, AİP-in MSK-ya təqdim etdiyi sənədlərə cavabın gecikməsindən ciddi narahatçılıq keçirmirik.”

Geri qayıt