Əsas Səhifə > Şou-biznes > ""MARAL"DAN SONRA HANSI MAHNI PARTLAYIB Kİ?"

""MARAL"DAN SONRA HANSI MAHNI PARTLAYIB Kİ?"


27-08-2013, 10:19
""MARAL"DAN SONRA HANSI MAHNI PARTLAYIB Kİ?"
Müğənni Nadir Qafarzadə bəzi prodüserləri onun ünvanına xoşagəlməz sözlər yazmaqda günahlandırıb.

Axşam.az-ın məlumatına görə, bu barədə sənətçi “Xəzər” telekanalında yayımlanan “Star life” verilişinə açıqlamasında bildirib.

“Son vaxtlar bir hal aşkarlamışam: bəzi müğənnilərin prodüserləri sosial şəbəkələrdə ağızlarına gələn rəyləri, təhqirləri yazırlar. Bunun üstünü artıq açmışam. Mənim üçün belə rəylərin əhəmiyyəti yoxdur”.

Nadir həmçinin son vaxtlar həmkarlarının “bu mahnı partlayacaq” sözünə də cavab verib:

“Hamı deyir ki, partladacam. Başa düşmürlər ki, “Maral”dan sonra hansı mahnı partlayıb ki? Onu hələ heç bir bəstə keçə bilməyib”.

Geri qayıt