Əsas Səhifə > Gündəm, Manşet > ELŞAD ABDULLAYEV İŞİNDƏ ŞOK GƏLİŞMƏLƏR

ELŞAD ABDULLAYEV İŞİNDƏ ŞOK GƏLİŞMƏLƏR


27-08-2013, 10:06
ELŞAD ABDULLAYEV İŞİNDƏ ŞOK GƏLİŞMƏLƏR
KEÇMİŞ REKTORU HİMAYƏ EDƏNLƏR DƏNGƏ DƏYİŞİMİNDƏ TƏLAŞ KEÇİRİR

DİA.AZ: - Bəli, bu da son. Elşad Abdullayevlə başlanan filmin sonu. Rejissoru kim idisə, bilmirik, bildiyimiz odur ki, bu Pərisə sığınan oğlanın vidodramı artıq özünün kuliminasiya nöqtəsinə çatmaq üzərədir. Tamaşaçıların yorğunluğu nəzərə alındığından ssenari müəllifləri də Elşad Abdullayevin başlatdığı komediyanın tez-tləsik bitməsini sanki arzulayırmış kimidirlər.

Amma bu görüntüdə olanıdır. Əslində Elşad Abdullayev çox cidi bir fiqur əhəmiyyətindədir. Ona görə yox ki, bu gün onun çəkilişlərinin qüdrətilə bir deputatın mandatı alınıb, qolları qandallanır, neçəsi isə həbsə atılır. Ona görə ki, dünənə qədər Elşad Abdullayevin arxasında dayananlar yaxşı bilirlər ki, artıq finaldır və onsuz da bütün dəyərlərə tüpürmüş keçmiş ABU rektoru onları da asanlıqla «baqaja qoyacaq».

Bu adam əgər xoş saatlarında dünənə qədər «qardaş» dediyi, çörək kəsdiyi insanları çox rahatlıqla şərləyə bildisə, deməli, vay onun arxasında dayananların halına…

Bəli, Elşad Abdullayev dara düşərsə, o zaman ilk olaraq məhz himayədarlarını ələ verəcək. Bu şübhəsizdir. Ona görə də əslində Elşad Abdullayevin başlatdığı kinonun başa çatması həm də onun himayədarları üçün da arzuolunan deyil.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan da aydın olur ki, artıq indidən təlaş başlayıb. Qeyd edək ki, dünən Elşad Abdullayevin beynəlxalq axtarışa verilməsi barədə məlumatlar yayıldı. Bu barədə isə hələ xeyli əvvəldən oxucularımızı bilgiləndirmişdik və qeyd etmişdik ki, keçmiş rektorun məhz orqan alveri ittihamı ilə həbsi gözləniləndir. Elə bu gerçəkliyi anlayan Elşad Abdullayev tələsik surətdə barəsində, orqan alverilə bağlı araşdırmalara başlayan ATƏT-in nümayəndələri ilə də görüşmüşdü. Yəni adam təlaş içində idi.

İndi isə onu himayə edənlərin təlaş keçirdiyi söylənilir. Mənbəmiz iddia edir ki, onların bu təlaşı anlaşılandır: «Əslində Elşad Abdullayevin xarakterik xüsusiyyətləri də imkan vermir ki, onunla uzaq bir yol qət edilsin, yoldaşlıq edilsin. Bu adam Fransaya getdikdən sonra bığlarını qırxması ilə də sanki kişiliyə «əlvida» demiş oldu. Çünki onun barəsində gizli videoçəkilişləri yaydığı bütün şəxslər məhz Elşad Abdullayevi özünə yaxın bilənlər olub».

Mənbəmizə görə, parisli oğlanın başa çatan nağılı təlaşı bir sıra məmurların həbsilə müşaiyət olunacaq: «Təbii ki, Elşad Abdullayev həbs olunacağı təqdirdə onun məhbəsə tək gedəcəyi imkansızdır. Onunla barəbar həm orqan alveri işində günahkar bilinən onlarla şəxs - həmin şəxslərin arasında məmur olanlar da var, həmçinin bu videoşantajı təşkil edənlər yüzə yüz hədəfə çevriləcəklər».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Artıq Elşad Abdullayevə dəstək vermiş məmurlardan biri onu gözləyən aqibəti dərk edərək, yaxınlarını ölkədən çıxarmağa başlayıb. Yəni kapitulyasiyadır».

Geri qayıt