Əsas Səhifə > Dünya > PUTİN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ...

PUTİN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ...


26-08-2013, 13:59
PUTİN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ...
Rusiya prezidenti Vladimir Putin Gürcüstanın işğal olunmuş Cənubi Osetiya və Abxaziya torpaqlarına səfər edib.

“Media forum” saytı xəbər verir ki, qondarma Cənubi Osetiya və Abxaziya respublikalarının “prezidentlərini” Rusiyanın onları tanımasının 5 illiyi münasibətilə təbrik edən Putin deyib: “Rusiyanın 2008-ci ilin avqustunda Abxaziyanın və Cənubu Osetiyanın müstəqilliyi ilə bağlı qəbul etdiyi qərarlar asan olmasa da, yeganə düzgün qərarlar idi. Bu qararlar belə gənc dövlətlər üçün həlledici oldu, onlara gələcək taleyini müstəqil şəkildə seçməyə imkan verdi”.

Putin Rusiyanın bu respublikalara yardımının davamlı olacağını qeyd edib.

2008-ci ilin avqustunda Rusiya qoşunları Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrini tamamilə işğal edərək bu bölgələrdə qurulmuş separatçı rejimləri müstəqil dövlət kimi tanıyıb.

Geri qayıt