Əsas Səhifə > Hadisə > İSGƏNDƏR HƏMİDOV SİYASƏTƏ QAYIDIR

İSGƏNDƏR HƏMİDOV SİYASƏTƏ QAYIDIR


10-01-2012, 16:02
İSGƏNDƏR HƏMİDOV SİYASƏTƏ QAYIDIR

KEÇMİŞ NAZİR KXCP-NİN YARATDIĞI BLOKA QOŞULUR

Bildiyimiz kimi, Azərbaycan Klassik Xalq Cəbhəsinin qərargahında eks-spiker Rəsul Quliyevin elan etdiyi Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis konfransı keçiriləcək. Təsis konfransında siyasi partiyaların, ictimai təşkilatların, gənclər təşkilatlarının nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Əldə etdiyimiz son məlumatlara görə, onlarla bərabər bir neçə istiqlalçı millət vəkilləri, o cümlədən keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov da iştirak edəcək.

Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Bia.az-ın əməkdaşı ilə söhbətində İsgəndər Həmidovun iştirakını təsdiqlədi və bildirdi ki, onunla bu barədə danışıqlar da aparılıb. Həmçinin qeyd etdi ki, tək onunla deyil, bəzi tanınmış şəxslərlə də danışıqlar aparırlar.

Azərbaycan Liberal Partiyasının sədri Lalə-Şövkət Hacıyevanın da bu hərəkata qoşulmaqla verdiyi qərara toxunan M.Mirəlioğlu vurğuladı ki, kimin qoşulmasından asılı olmayaraq, bunu alqışlayırlar: “Belə hesab edirik ki, istənilən halda götürülən kursda, ayrı-ayrı strukturlarda və yerlərdə Azərbaycanda demokratiyanın inkişafı və hakimiyyətə gəlməsi ilə bağlı kim mübarizə başlayırsa, biz bunu alqışlamalı və səylərimizi birləşdirməliyik”.

Geri qayıt