Əsas Səhifə > Şou-biznes > "UZUNDƏRƏ"Nİ BELƏ OYNAYARLAR...

"UZUNDƏRƏ"Nİ BELƏ OYNAYARLAR...


26-08-2013, 11:59
"UZUNDƏRƏ"Nİ BELƏ OYNAYARLAR...
Xalq artisti İlhamə Quliyeva 70 yaşını təntənəli şəkildə qeyd edib. SİA-nın verdiyi xəbərə görə, xalq artistini təbrik etmək üçün millət vəkilləri, ictimai-siyası xadimlər, şou-biznes nümayəndələri təşrif buyurub. Onlar arasında xalq artistləri Ağaxan Abdullayev, Nəzakət Teymurova, Mənsum İbrahimov, Mübariz Tağıyev, əməkdar artist Firuzə İbadova, müğənnilərdən Natəvan Həbibi, Kərim Abasov, Rəqsanə, teleaparıcı Nərgiz Cəlilova, “Talant” rəqs qrupu və başqaları iştirak ediblər.

Gecəyə təşrif buyuranlar “Şöhrət” və “Şərəf” ordenli sənətçini hədiyyələrə və gül-çiçək dəstələrinə qərq ediblər.

Nəzərinizə çatdıraq ki, İ.Quliyeva xoş günündə maraqlı jest edib. O, “Talant” rəqs qrupu ilə birgə “Uzundərə” rəqsini oynayıb.

Qeyd edək ki, sənətçi şad günündə qapılarını media nümayəndələrinin üzünə bağlayıb.

Geri qayıt