Əsas Səhifə > Hadisə > İRAN "PARAŞOK"UNUN İÇİNDƏ NARKOTİK

İRAN "PARAŞOK"UNUN İÇİNDƏ NARKOTİK


26-08-2013, 11:45
İRAN "PARAŞOK"UNUN İÇİNDƏ NARKOTİK
Bakıda 2 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Avqustun 24-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1974-cü il təvəllüdlü Ruslan Alim oğlu Quliyevə əmisi oğlu Məhəmməd Mətləb oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilərkən "Ramis" yuyucu tozunun içərisində gizlədilmiş 50(əlli) ədəd "Travmal" kapsulalarının daxilinə qablaşdırılmış, ümumi çəkisi 13,045 qram və "Wash&go" şampununun içərisində qızılı siqaret kağızına bükülməklə orada gizlədilmiş 1,301 qram, ümumilikdə 14,346 qram narkotik vasitə olan "Heroin" aşkar edilərək götürülüb.
Qedy edək ki, Ruslan Quliyev Cinayət Məcəlləsinin 234.1 ( Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirləndirilən şəxs qismində təcridxanada saxlanılır.
Fakt üzrə araşdırma aparılır.

Geri qayıt