Əsas Səhifə > Cəmiyyət > DÖVLƏT PROQRAMI KAĞIZ ÜZƏRİNDƏ QALACAQ
DÖVLƏT PROQRAMI KAĞIZ ÜZƏRİNDƏ QALACAQ10-01-2012, 15:19 |
“QƏBUL EDİLƏN SƏNƏDLƏR İŞLƏMİR VƏ ARXİVLƏRDƏ QALIR” Azərbaycanın dövlət qurumları qəbul edilmiş strateji planların kağız üzərində qalmaması üçün məsuliyyət daşımalıdır. İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Proqramın bugünkü təqdimatının leytmotivi belə olub. Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynlinin sözlərinə görə, Milli Proqram bu seriyadan olan ilk sənəd deyil. Belə ki, 1998-ci ildə analoji proqram qəbul edilib, 2006-cı ildə müvafiq milli fəaliyyət planı təsdiqlənib. Bütün hallarda beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinin spesifikası, həmçinin vətəndaş cəmiyyətinin kamilliyinin dərəcəsi nəzərə alınıb. Parlamentin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın sözlərinə görə, Azərbaycan nominal olaraq Avropa İttifaqı sıralarına hazırlaşır. Bu səbəbdən korrupsiyaya qarşı mübarizə planı da daxil olmaqla, çoxsaylı proqramlar qəbul edilib və təsdiqlənib. Lakin çox vaxt elə olur ki, qəbul edilən sənədlər işləmir və arxivlərdə qalır. Belə ki indiyədək penitensiar müəssisələrdə məhbusların saxlanma şəraiti standartlara uyğun deyil. Məhkəmələr cinayət işləri üzrə hökmləri elan edərkən prokurorluq yanında notarius funksiyasını yerinə yetirir. Demək olar ki, bir şübhəli iş belə əlavə təhqiqata göndərilməyib, Qəbul edilən məhkəmə qərarlarının səviyyəsi də şübhə doğurur. Beynəlxalq birliyin ölkənin hüquq-mühafizə sisteminə inamının artırılması üçün qanunvericiliyin tətbiqi ilə ciddi məşğul olmaq, daim onun səviyyəsini artırmaq lazımdır, - deputat vurğulayıb. Geri qayıt |