Əsas Səhifə > Ölkə, Manşet > MƏMURLAR TƏNBEH OLUNDU

MƏMURLAR TƏNBEH OLUNDU


10-01-2012, 15:15
MƏMURLAR TƏNBEH OLUNDU

BELƏ GEDƏRSƏ, BAKI BEYNƏLXALQ MAHNI YARIŞMASINA EV SAHİBLİYİ EDƏ BİLMƏYƏCƏK

DİA.AZ: - «Avroviziya-2012» yarışmasına ev sahibliyi edən Azərbaycanın mahnı müsabiqəsi gününə qədər hazırlıq işlərini yekunlaşdıra biləcəyi artıq bir çox dairələrdə şübhəyə səbəb olmaqdadır. Vaxtın darlığına baxmayaraq, hələ də «Avroviziya» məkanı kimi seçilən Bayıl ərazisində işlər yubanmaqdadır.

Vəziyyət o həddədir ki, hətta prezident tərəfindən lenti kəsilmiş Bayraq Meydanının özü belə tam olaraq hazır vəziyyətdə deyil.

Artıq bu halın şəxsən prezidentin narahatçılığına səbəb olduğunu qeyd edən hökumət içindəki məlumatlı çevrələrin bilgisinə görə, Bayıl ərazisindəki tikintilərı cavabdeh olan iki məmur - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və «Azenerji»nin prezidenti Etibar Pirverdiyev tənbeh olunublar və onlardan işin sürətli şəkildə icrası tələb olunub.

Onu da qeyd edək ki, Bayıl ərazisində planlaşdırılan inşaat işlərinin yubanmasının bir nədəni də işin plansız şəkildə icrasıdır: «Evləri plana düşən sakinlərlə dil tapılmaması son nəticədə binaların boşaldılmasının yubanmasına nədən olur».

Bəzi məlumatlarda isə bildirilir ki, əslində yaşayış binalarından əhalinin köçürülməsi üçün tələb olunan vəsait məhz yuxarıda adları çəkilən məmurların şəxsi büdcələrindən çıxdığından onlar burada xəsislik edir və bəzi hallarda zor gücündən istifadə etməyə üstünlük verirlər. Bu isə nəticədə həm işin yubanmasına, həm də əhalinin narazı salınmasına nədən olur.

Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Həm Kərəm Həsənov və həm də Etibar Pirverdiyev «Avroviziya-2012» ilə bağlı inşaat işlərinə məsul olduqlarından onlara son şans tanınıb: «İşin sürəti artırılmasa, durumları ağır ola bilər».


Geri qayıt