Əsas Səhifə > Cəmiyyət > VİDADİ İSGƏNDƏRLİYƏ QARŞI TƏXRİBAT HAZIRLANIR
VİDADİ İSGƏNDƏRLİYƏ QARŞI TƏXRİBAT HAZIRLANIR10-01-2012, 14:26 |
HÜQUQ MÜDAFİƏÇİSİNİ 14 SAYLI “ZON”DAN BAŞQA TÜRMƏYƏ KÖÇÜRÜRLƏR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində (CM) saxlanılan hüquq müdafiəcisi Vidadi İsgəndərli yeni CM-nə köçürüləcək. Bu barədə musavat.com-a Demokratiya və Vətəndaş Cəmiyyətinin İnkişafına Kömək İctimai Birliyinin sədri Oktay İsgəndərli məlumat verib. Oktay İsgəndərlinin sözlərinə görə, Vidadi İsgəndərlinin başqa CM-nə köçürmək istəmələrinin hansı qaranlıq məqsəd daşıdığı gizlin saxlanılır: “Vidadi bəy hansı cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra onun ora köçürülməsinin gizli və qaranlıq məqsədlər aydın olacaq. Apelyasiya Məhkəməsi rayon məhkəmənin hökmünü qüvvədə saxladıqdan sonra Vidadi İsgəndərlini hüquq-mühafizə orqanlarının sabiq əməkdaşları üçün nəzərdə tutulan 9 saylı cəzaçəkmə müəssisəsinə göndəriləcəyi ehtimal olunurdu. Lakin o, ciddi rejimli cəzaçəkmə müəssisəsi sayılan 14 saylı “zon”a göndərildi. Onun yenidən başqa cəzacəkmə müəsisəsinə göndərilməsi hansı zərurətdən irəlı gəldiyi hələlik bizə məlum deyil. Hakimiyyət orqanlarının ona qarşı qəddar mövqe tutması, sifarişli məhkəmə hökmü ilə bağlı belə məntiqi nəticəyə gəlmək olar ki, Vidadi bəyə qarşı təziqlər davam etdiriləcək. Onun həbs müddətini uzatmaq ücün əlverişli cəzaçəkmə müəssisəsi nəzərdə tutulub. Hansı vaxt sifariş olunacaqsa, həmin müəssisədə bu iş təşkil olunacaq. Azərbaycanda mövcud olan bütün cəzacəkmə müəsisəsələri beynalxalq standartlara cavab vermir. Türmələrdə normal qidanın olmaması, zəruri tibbi xidmətin olmaması orada bir çox yolxucu xəstəliklərin yaranmasına və inkişafına səbəb olur. Siyasi sifariş olarsa, istənilən vicdan məhbusunu həbsxanada süni surətdə vərəm və digər ağır xəstəliyə yoluxdurmağı təşkil etmək mümkündür. Vidadi İsgəndərli üçün ən böyük təhlükə vərəm xəstəliyinin geniş yayıldığı Xələcdə yerləşən 5 saylı və Binə qəsəbəsindəki 17 saylı cəzaçəkmə müəssisələridir. Həmçinin Vidadi bəy üçün keçmiş polis işçiləri tərəfində təxribat törədilməsi ehtimal olunan 9 saylı cəzaçəkmə müəssisəsi də təhlükəlidir”. Qeyd edək ki, V.İsgəndərli İctimai Palatanın 2 aprel mitinqinə görə 8 sutka, 17 aprel mitinqinə görə isə 15 sutka azadlıqdan məhrum edilib. Hüquq müdafiəçisinə verilən 15 sutka həbs cəzasının müddəti mayın 2-də bitəndə ona qarşı ittiham irəli sürülüb və barəsində CM-in 159.4.1 və 160.2.1-ci maddələri ilə cinayət işi başlanıb. Həmin gün V.İsgəndərli barədə məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Sonradan ona qarşı 132-ci maddə ilə də cinayət işi açılıb. Avqustun 27-də Göyçay Rayon Məhkəməsində hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə V.İsgəndərli 3 il azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları V.İsgəndərlinin siyasi baxışlarına görə həbs edildiyini bəyan edərək onun azadlığa buraxılmasını tələb edirlər. V.İsgəndərli və onun vəkilləri Göyçay Rayon Məhkəməsinin hökmünü siyasi sifarişlə çıxarıldığı üçün ədalətli saymayaraq hökmdən apelyasiya şikayəti veriblər. Şəhər Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev apelyasiya şikayətini təmin etməyərək Göyçay məhkəməsinin hökmünü qüvvədə saxlayıb. V.İsgəndərlinin vəkili Xalid Bağırov onu müdafiə etdiyi üçün Vəkillər Kollegiyasının qərarı ilə 1 illik vəkillik fəaliyyətindən məhrum edilib. Geri qayıt |