Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞOK: DAŞKƏSƏNDƏ PKK-NIN TOPLANTISI BAŞ TUTUB

ŞOK: DAŞKƏSƏNDƏ PKK-NIN TOPLANTISI BAŞ TUTUB


23-08-2013, 15:57
ŞOK: DAŞKƏSƏNDƏ PKK-NIN TOPLANTISI BAŞ TUTUB
İCRA BAŞÇISININ TƏŞƏBBÜSÜ İLƏ?

DİA.AZ: - Azərbaycanda PKK-çı kürdlərin meydan sulaması barədə mətbuatda çox yazılıb. Təkcə PKK-nın Azərbaycanda kürdlərinin təşkilatı olan "Ronahi" Kürd Mədəniyyət Mərkəzi İctimai Birliyinin maneəsiz Abdulla Öcalanın təbliğatını aparması faktı ondan xəbər verir ki, bu təşkilat Azərbaycanda yüksək səviyyədə himayə olunur.

Bundan əlavə Türkiyədən PKK-çı kürdlərin Azərbaycanın müxtəlif bölgələrinə yerləşdirilməsi faktı da mövcuddur ki, buna qarşı nəinki tədbir görülür, əksinə ölkəmizə kürd axını geniş miqyasda davam edir. Artıq PKK simpatizianları Azərbaycanın əyalatlərində də təşəbbüsü ələ keçiriblər. DİA.AZ bildirir ki, bu gün 30gun.az-a daxil olan məlumatlar belə deməyə əsas verir. Məlumatlarda bildirilir ki, dünən Daşkəsəndə icra başçısı Əhəd Abıyevin təşəbbüsü ilə kürdlərdən ibarət bir qrup seçki keçirilib.

Bu seçkinin mahiyyəti ondan ibarət olub ki, Daşkəsəndə məskunlaşan kürdlər öz aralarında bir nəfəri rəhbər seçirlər və həmin şəxs öz soydaşlarının problemlərinin həll etməyə məsul olsun.

Bundan əlavə mənbə onu da bildirir ki, Daşkəsəndə başqan seçkisindən sonra kürdlər Xoşbulaqda göstəri düzənləyiblər. Onlar göstəridə PKK-nın simvollarından da istifadə ediblər. Kürdlərin bu hərəkəti isə Xoşbulaqda istirahətə gəlmiş vətəndaşların qəzəbinə səbəb olub. Kürdlər onların qəzəblənməsindən istifadə edərək təxribat törətmək istəyiblər. Lakin vətəndaşlar təxribata uymayıblar.

Məlumatla bağlı Daşkəsənin icra başçısı Əhəd Abıyevlə əlaqə yaratmaq cəhdimi baş tutmadı. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt