Əsas Səhifə > Ölkə, Manşet > HANSI MÜXALİFƏTÇİ GİZLİ GÖRÜŞDƏ İŞTİRAK EDİB?

HANSI MÜXALİFƏTÇİ GİZLİ GÖRÜŞDƏ İŞTİRAK EDİB?


23-08-2013, 15:22
HANSI MÜXALİFƏTÇİ GİZLİ GÖRÜŞDƏ İŞTİRAK EDİB?
ƏLİ KƏRİMLİ SEÇKİLƏRİ BOYKOT EDƏCƏK

DİA.AZ: - «Müxalifət bu seçkilərdə İsa Qəmbərin namizədliyi altında iştirakla kifayətlənməli olacaq». Bu ilginc açıqlamanı DİA.AZ-a hökumət içindəki mənbəmiz bildirib. Qaynaq iddia edir ki, elə əvvəlindən plan belə olub və hər şey də plan üzrə cərəyan etməkdədir.

Mənbənin söylədikləri: «Müxalifət daxilində gedən oyunlara nəzər salın. Zamanında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də maraqlı bir açıqlama vermişdi. PA şefi Elşad Abdullayevə cavab verərkən bir ifadəni işlətmişdi: «Elşad Abdullayev elə bir təəssürat yaradır ki, guya biz təkcə Müsavat partiyasını dəstəkləyirik».

Mənbəmiz bildirir ki, əslində özünün Rusiyanın projesində oyunçu yox, vasitə mövqeyinə qədər kiçildən müxalifətin böyük bir kəsimi üzərində hakimiyyətin nəzarət rıçaqlarının olması bəlli aqibəti əvvəlcədən də qarantii etməkdə idi:

«İndi isə görükəni odur ki, Əli Kərimli boykot edəcək, İsa Qəmbər isə namizəd kimi seçkilərə qatılacaq. Və bu da əvəlcədən düşünülən plandır. Heç nə dəyişmir».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Bu günlərdə müxalifətin çox tanınmış simaları iqtidarın nüfuzlu şəxslərindən biri ilə görüşüb: «Buk imi görüşlər hər zaman olur. İndi də davam edir. Kimsə hakimiyyəti qınaya bilməz. İqtidar öz işini görür».

Geri qayıt