Əsas Səhifə > Gündəm, Manşet > MİSİR MƏRDANOVU NECƏ QANUNDAN KƏNAR TUTURLAR?

MİSİR MƏRDANOVU NECƏ QANUNDAN KƏNAR TUTURLAR?


23-08-2013, 12:21
MİSİR MƏRDANOVU NECƏ QANUNDAN KƏNAR TUTURLAR?
KEÇMİŞ TƏHSİL NAZİRİ YENİ POSTUNDA NƏDƏN ARA-SIRA GÖRÜNMƏKDƏDİR?

DİA.AZ: - Əksəriyyət təhsil naziri postundan alındıqdan sonra Misir MƏrdanovun cəzalandırılacağını düşünsə də, amma bu, baş vermədi. Əksinə keçmiş nazirə yenidən vəzifə verdilər və özü də təhsil sahəsində. Lakin gözlənilən və bu günə qədər baş verənlər onu deyirdi ki, Misir Mərdanov Azərbaycan təhsilindən bacarılan qədər uzaq tutulmalıdır.

Lakin Misir Mərdanovla ortaq şəkildə Azərbaycan təhsilinə ağlar günlər yaşadan qüvvələr Misir Mərdanovu sonna qədər qorudular və bu gün də qorumaqdadırlar. Elə keçmiş nazir üçün formal bir iş yeri ünvanı kimi qəbul edilən AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru vəzifəsinə Misir Mərdanovun göstərdiyi münasibət də belə deməyə əsas yaradır.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, Misir Mərdanov yeni iş yerində bu vaxta qədər üst-üstə 10 dəfə görünüb, ya görünməyib. Mənbənin söylədikləri:

«İşə, yeni vəzifəsinə marağının çox az olduğu anlaşılır. Bu isə o deməkdir ki, Misir Mərdanov AMEA-nın Mexanika və Riyaziyyat İnstitutununda pensiya günlərini keçirməlidir. Həm də bu vəzifənin Misir Mərdanova üçün nazir postunda etdiklərinin məsuliyyətindən yayınması üçün də lazımdır».

Geri qayıt