Əsas Səhifə > Sosial, Manşet > DYP ŞEFİNİN QARDAŞI DA «QARA SİYAHI»YA DÜŞÜB

DYP ŞEFİNİN QARDAŞI DA «QARA SİYAHI»YA DÜŞÜB


23-08-2013, 11:57
DYP ŞEFİNİN QARDAŞI DA «QARA SİYAHI»YA DÜŞÜB
«TOVUZLULAR» QRUPUNDA İCRA BAŞÇISININ DƏYİŞƏCƏYİ XƏBƏRİ YAYILDI

DİA.AZ: - Daha bir rayonun icra hakimiyyətinin başçısının vəzifəsindən alınacağı haqda xəbərlər yayılıb. DİA.AZ bildirir ki, bu barədə «Facebook» sosial şəbəkəsindəki «tovuzlular» qrupunda məlumat paylaşılıb.

Xəbərə görə, rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov gələn həftə vəzifəsindən azad edilir. Onun yerinə isə kadrın kənardan gətirilməyəcəyi və hazırda icra başçısının birinci müavini postunu tutan Mahir Həsənovun təyin ediləcəyi də sözügedən sosial şəbəkə qrupunda paylaşılan məlumatda bildirilir.

Onu da bildirək ki, Tofiq Zeynalov Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalovun qardaşıdır.

Zeynalov Tofiq Məhəmmədəli oğlu 17 iyul 1944-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakultəsini və Bakı Ali Partiya məktəbini bitirib.
Əmək fəaliyyətinə 1960-cı ildə Qovlar İnternat məktəbində kitabxana müdiri kimi başlamışdır.
1964-1967-ci illər hərbi xidmətdə olub.
1971-ci ildə Tovuz rayon Komsomol Komitəsində təlimatçı vəzifəsinə təyin olunub.
1971-1973-cü illərdə Tovuz rayon Komsomol Komitəsində təşkilat şöbəsinin müdiri işləyib.
1973-1976-ci ilərdə Tovuz rayon Komsomol Komitəsinin birinci katibi işləyib.
1976-1978-ci ilərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır.
1978-1982-ci illərdə Tovuz şəhər 155№-li Texniki Peşə Məktəbinin direktoru vəzifəsində çalışıb.
1982-1985-ci illərdə Tovuz rayon Partiya Komitəsində təlimatçı vəzifəsində işləyib.
1985-1986-cı illərdə Tovuz rayon Partiya Komitəsinin şöbə müdiri vəzifəsində işləyib.
1986-1989-cu illərdə Engels adına üzümçülük və şərəbçılıq sovxozunun direktoru vəzifəsində işləyib.
1989-1990-cı illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktorunun birinci müavini vəzifəsində işləyib.
1990-1991-ci illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktoru vəzifəsində işləyib.
1991-1992-ci illətdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
1993-1999-cu illərdə M.B.Qasımov adına Üzüm istehsalı və emalı müəssisəsinin direktoru, YAİK-in sədri vəzifəsində işləyib.
2000-2001-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr idarəsində rəis müavini vəzifəsində işləyib
2001-2002-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi vəzifəsində işləyib
2002-2007-ci illərdə Tovuz Ərazi Kənd Təsərrüfatı idarəsinin rəisi vəzifəsində işləyib.
27.02.2007-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, dörd övladı var.

Geri qayıt